Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə
dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 8, maddə
670; 2007, ¹ 3, maddə 233, ¹ 5, maddə 455, ¹ 8, maddə
768, ¹ 11, maddələr 1094, 1105; 2008, ¹ 5, maddə 373, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2012, ¹ 5, maddə
420, ¹ 9, maddə 857; 2013, ¹ 10, maddə 1154, ¹ 11, maddə
1331; 2019, ¹ 7, maddə 1232, ¹ 12, maddə 1929; 2020, ¹ 8, maddə
1036; 2021, ¹ 8, maddə 920) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 8.1-ci, 8.4-cü, 8.6-cı, 9.2-ci, 9.4-cü,
9.7-ci və 9.18-ci yarımbəndlərdə
"öz səlahiyyətləri
daxilində" sözləri
"fəaliyyət istiqamətlərinə
uyğun olaraq" sözləri ilə əvəz edilsin.
2. 8.8-1-ci yarımbənddə
"öz səlahiyyətləri
daxilində" sözləri
"fəaliyyət istiqamətlərinə
uyğun olaraq" sözləri ilə,
"kütləvi informasiya
vasitələrində" sözləri "mediada"
sözü ilə,
"açıqlanmasını" sözü "təşviqini"
sözü ilə əvəz edilsin.
3. 8.20-ci yarımbənddən
"öz səlahiyyətləri
daxilində" sözləri
çıxarılsın.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul
2023-cü il
Azərbaycan.-2023.- 8 iyul.- S.7.