Moskvada
Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa
dair Hökumətlərarası
Komissiyanın iclası
keçirilib
İyulun 7-də Moskvada
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa
dair Hökumətlərarası
Komissiyanın 21-ci iclası
keçirilib.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Azərbaycan Respublikası
Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən
sədri Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, komissiyanın Rusiya tərəfindən sədri Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda, həmçinin iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri
və səlahiyyətli
nümayəndələri iştirak
ediblər.
Tərəflər Azərbaycan-Rusiya
dostluq əlaqələrinin
hərtərəfli inkişafından
məmnunluq ifadə ediblər.
Tədbirdə qeyd
olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq, şəxsi təmaslar ikitərəfli əməkdaşlığın
bütün spektri üzrə yüksək dinamikanı təmin edir.
İclasda vurğulanıb
ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi-ticarət
münasibətləri çox
müsbət dinamikaya
malikdir. Məmnunluqla qeyd edilib ki,
2022-ci ildə əmtəə
dövriyyəsi 24 faiz
artaraq 3,7 milyard
ABŞ dollarına çatıb.
Müzakirələr zamanı qarşılıqlı
investisiyalar sahəsində
əməkdaşlığın dinamik inkişafı qeyd edilib. Azərbaycan-Rusiya
və Rusiya-Azərbaycan
İşgüzar şuralarının
biznes dairələri arasında birbaşa təmasların yaradılmasına
töhfəsi müsbət
qiymətləndirilib.
Tərəflər, həmçinin
sənaye kooperasiyasının
uğurla inkişaf etdiyini bildiriblər. Vurğulanıb ki, aqrar-sənaye kompleksində
əməkdaşlıq yaxşı
templərlə inkişaf
edir.
İclasda qeyd olunub ki, tərəflər
nəqliyyat-logistika əlaqələrinin
inkişafına böyük
əhəmiyyət verir.
Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcminin
artmasında müsbət
dinamika təmin edilib, bu göstərici
2022-ci ildə 36 faizdən
çox olub.
Tərəflər inkişafına
birgə səylərin
yönəldildiyi “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat
Dəhlizi layihəsini
prioritet kimi qiymətləndiriblər. Onlar,
həmçinin qarşılıqlı
maraq doğuran sahələr üzrə ikitərəfli münasibətlərin
inkişafı perspektivlərini
müzakirə edib, qarşılıqlı faydalı
əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam etdirilməsinə hazır
olduqlarını bildiriblər.
Sonda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti Sədrinin müavini Aleksey Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 21-ci iclasının protokolunu imzalayıblar.
Azərbaycan.-2023.- 8 iyul.- S.7.