Baş
nazir Əli Əsədov Tacikistanın
ticarət və iqtisadi inkişaf naziri ilə görüşüb
İyulun 7-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov Tacikistan Respublikasının ticarət
və iqtisadi inkişaf naziri Zavqi Zavqizoda ilə görüşüb.
Görüşdə Azərbaycan Prezidentinin bu ilin aprelində
Tacikistana dövlət
səfərinin əhəmiyyəti
vurğulanıb.
İki ölkə
arasında ticari-iqtisadi,
investisiya, mədəni-humanitar
əməkdaşlığın aktual məsələləri
nəzərdən keçirilib.
Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan.-2023.- 8 iyul.- S.7.