Mikayıl
Cabbarov Ümumdünya
Ticarət Təşkilatının
baş direktoru ilə görüşüb
İqtisadiyyat naziri
Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə
heyəti Ümumdünya
Ticarət Təşkilatının
(ÜTT) Katibliyində Azərbaycanın
üzvlüyü ilə
bağlı yaradılmış
İşçi Qrupun
15-ci iclasında iştirak
etmək üçün
İsveçrəyə səfər
edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində
iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının baş
direktoru xanım Ngozi Okonyo-İveala ilə görüşüb.
İqtisadiyyat naziri
Azərbaycanın sosial-iqtisadi
inkişaf məqsədləri
barədə məlumat
verərək, beynəlxalq
təşkilatlarla əlaqələrin
genişləndirilməsinə önəm verildiyini, ölkəmizlə ÜTT ölkələri
arasında əməkdaşlığın
inkişafını, o cümlədən
ÜTT-yə üzvlüklə
bağlı görülən
işlərin əhəmiyyətini
qeyd edib. Azərbaycanda iqtisadi sferada həyata keçirilən islahatlar,
əldə olunan nəticələr, əlverişli
işgüzar mühit
və investorlar üçün yaradılan
imkanlar barədə məlumat verilib.
Görüşdə ÜTT ilə əlaqələrin
gücləndirilməsi imkanları,
ölkəmizin təşkilat
üzvləri ilə əməkdaşlığının prioritet istiqamətləri,
ÜTT-yə üzvlüklə
bağlı atılan
addımlar, habelə,
Azərbaycan iqtisadiyyatının
dünyada mövqeyi və ticarətin liberallaşdırılması üçün
görülən işlər
barədə müzakirələr
aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşündə ölkəmizin iqtisadi-ticarət əlaqələri, ticarətin inkişafı, iqtisadi artımın sürətləndirilməsi, rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Azərbaycan.-2023.-
8 iyul.- S.7.