Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçdə Quranın yandırılması ilə əlaqədar bəyanat yayıblar

 

İyunun 28-də İsveçin paytaxtı Stokholmda müsəlmanların müqəddəs kitabıQurani-Kərimi”n təhqir olunaraq yandırılması ilə əlaqədar Azərbaycandakı dini konfessiyaların rəhbərləri birgə bəyanat qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi, katolik alban-udi konfessiyalarının rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs kitabıQurani-Kərim”in təhqir olunaraq yandırılmasını islamofobiya təxribatı vəhşi vandalizm aktı kimi qiymətləndirib, bu iyrənc hadisəni qətiyyətlə pisləyiblər.

Qeyd edilib ki, İslam Peyğəmbərinin karikaturalarla təhqir olunması bu əməllərin dövlət başçısı tərəfindən açıq surətdə dəstəklənməsi kimi görünməmiş islamofobiya təzahürləri özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransadan başlayıb. Müstəmləkəçilik ideyalarının pərəstişkarı olan Fransa bu gün islamofobiya xislətinə sadiq qalaraq Azərbaycanda aqressiv separatizmi dəstəkləyir, bölgədə sülhə nail olunmasına maneə yaradır. Məhz Fransanın çirkin nümunəsindən ruhlanan bir sıra əqidəsiz şəxslərin hərəkətləri birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə ləyaqətinə qarşı törədilən mənəvi cinayət kimi inanclı insanlar tərəfindən qınanıb.

İyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşünün açılışında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Neokolonializmi hələ davam etdirən ölkələrdən biri Fransadır... Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu utancverici iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”. Biz bu fikirləri, həmçinin Qoşulmama Hərəkatının qəbul etdiyi qərar qətnamələri dəstəkləyirik. Eyni zamanda, Roma Papası Fransisk Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyibin imzaladıqlarıİnsani Qardaşlıq, Dünyada Sülh Birgə YaşayışBirgə Sənədini alqışlayır, BMT Təhlükəsizlik Şurasının 2686 saylı qətnaməsini təqdir edirik”, - deyə bəyanatda vurğulanıb.

Konfessiya rəhbərləri bəyan ediblər ki, artıq dəfələrlə törədilən bu gün törədilməkdə olan belə alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, insanlar dinlər arasında nifrəti qızışdırmaq, dolayısı ilə terroru təşviq etməkdir. Belə halların İsveçdə mütəmadi səciyyə daşıması bu ölkədə yaşayan inanclı müsəlmanların hüquqlarının kobud şəkildə pozulması, iki milyarda yaxın müsəlmanının heysiyyətinə toxunulması deməkdir. Onlar İsveç hökumətinə müraciət edərək, iyunun 28-də baş verən hadisənin törədilməsində günahkar olaraq məsuliyyət daşıdığını qəbul etməyə, dini dəyərlərin atributların təhqir edilməsinin qarşısının alınması yenidən təkrarlanmaması üçün əməli addımlar atmağa çağırıblar.

Qeyd olunub ki, dini zəmində qarşıdurmaya təşviq edən belə çağırışlar, təcavüz zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma nifaq yaratmağa xidmət edir.

İctimaiyyət xadimlərini, beynəlxalq təşkilatları din xadimlərini qurumlarını törədilən əməli qətiyyətlə qınamağa din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə hörmət etməyə təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bu məqsədlə BMT səviyyəsində dinlərin müqəddəs şəxslərinə, rəmzlərinə, atributlarına məkanlarına qarşı vandalizm hallarını nifrət nitqlərini qətiyyətlə pisləyən qətnamənin qəbul edilməsini, dünya dövlətlərinin öz qanunvericiliyində bu kimi əməllərə yol verilməməsi haqqında müvafiq müddəaların əks etdirilməsini məqsədəuyğun sayırıq”, - deyə dini icma rəhbərləri bildiriblər.

Bir daha vurğulanıb ki, söz azadlığı heç mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək üçün olmalıdır.

Onlar dünyanın dövlət ictimaiyyət xadimlərini, beynəlxalq dini təşkilatları səslərinə səs verməyə çağırıblar.

Sənədi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.

 

Azərbaycan.-2023.- 8 iyul.- S.8.