Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşü uğurla
yekunlaşıb
İyulun 5-6-da Bakıda
Azərbaycanın sədrliyi
ilə keçirilən
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşü
uğurla yekunlaşıb.
Nazirlər görüşündə
Qoşulmama Hərəkatının
üzv dövlətləri,
Hərəkat yanında
müşahidəçi statusu
almış dövlətlər
və beynəlxalq təşkilatlar, xüsusi
qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri
daxil olmaqla ümumilikdə 93 ölkə,
11 beynəlxalq təşkilat
iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi və çıxışı
ilə başlayan nazirlər görüşü
zamanı Hərəkatın
institusional inkişafı,
xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə
Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin
və Qoşulmama Hərəkatı Gənclər
Təşkilatının yaradılması,
habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul
edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulanıb.
Tədbir zamanı,
Hərəkatın gündəliyində
duran və əhatə dairəsinə
aid bir çox
məsələnin əks
olunduğu sənədlər
yekdilliklə qəbul
olunub.
Nazirlər görüşü
çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir və "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru"
mövzusunda konfrans xüsusi marağa səbəb olub.
Azərbaycanın sədrliyi
ilə geniş müzakirələr və
qətiyyətli səylər
nəticəsində iclasda
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan
ölkəyə təşəkkür,
eləcə də
2024-cü ildə Parisdə
keçiriləcək Olimpiya
Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul
edilib.
Qəbul edilmiş
yekun sənədlərin
mətnləri ilə
aşağıdakı keçiddə
tanış olmaq mümkündür:
https://namazerbaijan.org/ministerial-meeting-documents
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi 2024-cü ilin yanvar ayında Uqandaya təhvil verəcək.
Azərbaycan.-2023.- 8 iyul.- S.9.