Belarus Respublikasının
Prezidenti Zati-aliləri
cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr
Qriqoryeviç.
Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını
dövlət bayramı
– Müstəqillik Günü
münasibətilə Azərbaycan
xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik
edirəm.
Bizim ölkələrimizi
ənənəvi sıx
dostluq, əməkdaşlıq
və qarşılıqlı
dəstək münasibətləri
bağlayır. Bu il biz Azərbaycan
Respublikası ilə
Belarus Respublikası arasında
diplomatik münasibətlərin
qurulmasının 30 illiyini
qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan
qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin
qorunub saxlanılmasına
və artırılmasına,
həm də qarşılıqlı fəaliyyətin
keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına
nail olmuşuq.
Biz Azərbaycan-Belarus
əməkdaşlığının ölkələrimiz üçün
qarşılıqlı maraq
kəsb edən bütün sahələrdə
inkişafına xüsusi
əhəmiyyət veririk.
Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın
və ölkələrimizin
maraqları naminə bundan sonra da
Azərbaycan və
Belarus arasında ənənəvi
dostluq əlaqələrinin
və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir.
Hörmətli Aleksandr
Qriqoryeviç, bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, səadət
və uğurlar,
Belarus Respublikasına isə
firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2023-cü il
Azərbaycan.-2023.-
4 iyul.- S.2.