Son
günlər Azərbaycanda
baş verən sel və daşqınların
fəsadlarının aradan
qaldırılması ilə
bağlı müşavirə
keçirilib
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədovun sədrliyi ilə iyulun 3-də son günlər ölkəmizdə
baş verən sel və daşqın
hadisələrinin fəsadlarının
aradan qaldırılmasına
həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
müşavirəni açan
Baş nazir Ə.Əsədov ötən
illərdən fərqli
olaraq cari ilin may-iyun aylarında
ölkəmizin bəzi
rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağıntıların
miqdarının artdığını,
əsasən dağlıq
və dağətəyi
rayonlarda leysan xarakterli intensiv və güclü olduğunu qeyd edib.
Diqqətə çatdırılıb
ki, əsasən iyun ayında respublikanın əksər
ərazilərində çaylara
sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar
baş verib.
Təbii fəlakət
baş verən rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri
və təxirəsalınmaz
tədbirlər görülüb,
ərazilərə xüsusi
texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər
nəticəsində operativ
olaraq çayların
məcrası dəyişdirilib,
yuyularaq dağıdılan
yol infrastrukturu bərpa olunub.
Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi
yaşayış evlərinə,
həyətyanı sahələrə,
həmçinin əkin
sahələrinə və
fermer təsərrüfatlarına,
eyni zamanda, digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə
bağlı tədbirlər
davam etdirilir.
Müşavirədə sel və daşqınların
fəsadlarının aradan
qaldırılması üçün
görülən işlər
barədə məruzələr
dinlənilib, müzakirələr
aparılıb.
Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri
və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.
Azərbaycan.-2023.- 4 iyul.- S.2.