Cibuti
Respublikasının Prezidenti
Zati-aliləri cənab
İsmail Ömər Gellehə
Hörmətli cənab
Prezident,
Cibuti Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram ki,
Azərbaycan-Cibuti dövlətlərarası
əlaqələrinin xalqlarımızın
mənafelərinə uyğun
olaraq dostluq məcrasında inkişafı,
Qoşulmama Hərəkatı
və İslam Əməkdaşlıq Təşkilatı
da daxil olmaqla çoxtərəfli
təsisatlarda səmərəli
əməkdaşlığımızın
uğurla davam etdirilməsi yolunda bundan sonra da
birgə səylər
göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, dost Cibuti xalqına
daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2023-cü il
Azərbaycan.-2023.-
4 iyul.- S.2.