Ceyhun Bayramov: Ermənistan öhdəliklərini yerinə
yetirmir, hərbi-siyasi
təxribatlarını davam
etdirir
İyunun 28-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar
səfəri çərçivəsində
ABŞ Prezidentinin milli
təhlükəsizlik məsələləri
üzrə müşaviri
Ceyk Sallivan ilə görüşüb.
Xarici İşlər
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, görüşdə
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri,
habelə regional təhlükəsizlik məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda Ermənistan
xarici işlər naziri Ararat Mirzoyan
da iştirak edib.
Post-münaqişə dövründə bölgədə
mövcud vəziyyət
haqqında qarşı
tərəfi ətraflı
məlumatlandıran nazir
Ceyhun Bayramov, Ermənistanın hələ
də öz öhdəliklərini yerinə
yetirməməsinin, silahlı
qüvvələrini tam
şəkildə Azərbaycan
torpaqlarından çıxarmamasının,
hərbi-siyasi təxribatların
davam etdirməsinin sülh səylərinə
xələl gətirdiyini
bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq,
Azərbaycanın normallaşma
və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanın
daxili məsələsi
olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası
istiqamətində görülən
işlərə müdaxiləsinin
qəbuledilməzliyi vurğulanıb.
Bu istiqamətdə, Ermənistan tərəfindən
Laçın dövlət
sərhədindən buraxılış
məntəqəsinə qarşı
törədilmiş təxribatın
Azərbaycanın reinteqrasiya
səylərini, o cümlədən
erməni sakinlərinin
sözügedən məntəqə
vasitəsilə şəffaf
və sərbəst hərəkətini həzm
edə bilməməsinin
göstəricisi olduğu
qeyd edilib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan.-2023.-
4 iyul.- S.2.