Azərbaycan
XİN: Paşinyanın növbəti
dəfə səsləndirdiyi
fikirləri qətiyyətlə
rədd edirik
Ermənistanın baş
naziri Nikol Paşinyanın hökumətin
29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə
vəziyyəti gərginləşdirdiyi,
erməni sakinlərə
qarşı “etnik təmizləmə” siyasəti
həyata keçirdiyi,
bölgənin “blokadada”
saxlandığı barədə
növbəti dəfə
səsləndirdiyi fikirləri
qətiyyətlə rədd
edirik.
Bu barədə AZƏRTAC-a XİN-dən bildirilib.
Qeyd edilib
ki, 27 iyun tarixində Ermənistanın öhdəliyinə
zidd olaraq Azərbaycan ərazisindən
hələ də tam olaraq çıxarmadığı
erməni silahlı qüvvələrinin təxribatı
nəticəsində Azərbaycan
hərbçisinin yaralanması
bölgədə vəziyyətin
qəsdən gərginləşdirilməsi
ilə yanaşı, xarici işlər nazirləri arasında
ABŞ-da aparılan danışıqlara
mane olmaq cəhdidir.
Qeyd edilən
təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə
qarşı gördüyü
tədbirlərin “etnik
təmizləmə” kimi
qələmə verilməsi
absurddur. Bununla yanaşı, Laçın
sərhəd buraxılış
məntəqəsindən erməni
sakinlərin tənzimlənən
və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan
tərəfindən həzm
edilmədiyi məlumdur.
Bu xüsusda, bölgədə
“gərgin humanitar vəziyyət” olduğu barədə aparılan saxta təbliğatın
da heç bir əsası yoxdur.
Bildirilib ki, Ermənistan
tərəfi Azərbaycanın
daxili işlərinə
müdaxilədən çəkinməli,
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə yalnız
sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə
təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan
ərazisindən dərhal
çıxarmalıdır.
Azərbaycan.-2023.- 4 iyul.- S.2.