XİN: Saziş
layihəsinin əlavə
maddələri üzrə
razılıq əldə
edilib
İyunun 27-29-da Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının
Arlinqton şəhərində
Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində
danışıqlar aparılıb.
Bu barədə
AZƏRTAC-a Azərbaycan Xarici
İşlər Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və
milli təhlükəsizlik
üzrə müşaviri
Ceyk Sallivanla görüşüblər.
Nazirlər və
onların heyətləri
arasında Sülh və Dövlətlərarası
Münasibətlərin qurulması
haqqında ikitərəfli
Saziş layihəsi üzrə danışıqlarda
əlavə tərəqqiyə
nail olunub. Saziş layihəsinin əlavə maddələri
üzrə razılıq
əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya
doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər
üzrə əlavə
işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan.-2023.- 4 iyul.- S.2.