Azərbaycan
Xarici İşlər
Nazirliyi Fransa prezidentinə cavab verib
Fransa prezidenti Emanuel Makronun Marsel şəhərində
erməni icması ilə görüşdə
növbəti dəfə
Azərbaycan əleyhinə
səsləndirdiyi, Ermənistanı
birtərəfli qaydada
müdafiə edən
və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir.
Bu barədə
AZƏRTAC Xarici İşlər
Nazirliyindən bildirilib.
Qeyd edilib ki, həm 44 günlük Vətən müharibəsində, həm
də post-münaqişə
dövründə dəfələrlə
anti-Azərbaycan bəyanatları
ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı
dövrdə öz məqsədlərinə nail
ola bilməyib.
“Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təzyiq göstərildiyi barədə
iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur.
Azərbaycan Respublikasının
Prezidentinə təzyiq
göstərmək cəhdləri
heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan
Respublikasının milli
maraqlarını beynəlxalq
hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib.
Prezident Makronun
açıqlaması bir
daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat
verməyə çalışdığı
erməni icmasının
nümayəndəsi məhz
o radikal şəxslərdəndir
ki, ona qarşı
Ermənistan tərəfindən
ölkəyə giriş
qadağası qoyulub.
Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir”,- deyə XİN-dən bildirilib.
Azərbaycan.-2023.- 4 iyul.- S.2.