Bakı şəhəri ilə Çinin Sıçuan əyaləti arasında memorandum imzalanıb
Şəhər İcra
Hakimiyyətinin başçısı
Eldar Əzizovun başçılıq etdiyi
nümayəndə heyəti
Çin Xalq Respublikasının Sıçuan
əyaləti rəhbərliyinin
dəvəti ilə burada işgüzar səfərdə olub.
Bakı Şəhər
İcra Hakimiyyətindən
Trend-ə verilən məlumata
görə, səfər
çərçivəsində Sıçuan əyalətinin
qubernatoru Xuan Tsyanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov və nümayəndə heyəti üzvləri ilə görüşü
keçirilib. Görüşdə
qubernator Xuan Tsyan bildirib ki, Azərbaycan-Çin münasibətlərinin bu
cür yüksək səviyyədə olması
və inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin və Çin Xalq Respublikasının rəhbəri
cənab Si Tsinpinin böyük səylərinin nəticəsidir.
Azərbaycan Prezidentinin
həyata keçirdiyi
effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək
inkişaf tempi nümayiş etdirir və dünyada özünəməxsus yer
tutur. Qubernator Azərbaycandakı inkişaf
və stabilliyi vurğulayaraq Azərbaycanın
öz torpaqlarını
işğaldan azad etdiyini xüsusi qeyd edib. Danışıqlar
zamanı qubernator Xuan Tsyan tərəfindən
Çin Xalq Respublikası vətəndaşlarının
Bakı şəhərinə
və Azərbaycana olan marağını nəzərə alaraq Çendu–Bakı təyyarə marşrutunun
açılması təklifi
irəli sürülüb.
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov Sıçuan
əyalətinin inkişaf
sahəsində əldə
etdiyi uğurları qeyd edərək bildirib ki, son
illərdə Azərbaycan
Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində
Bakı şəhəri
yeni görkəm alıb və sürətlə inkişaf
edir.
Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhəri
ilə Çin Xalq Respublikası Sıçuan əyaləti
arasında dostluq və tərəfdaşlıq
münasibətlərinin qurulması
barədə anlaşma
Memorandumu” imzalanıb.
Daha sonra Bakı şəhərinin
nümayəndələri Çin
Xalq Respublikasının
paytaxtı Pekinə gələrək Pekin şəhər meriyasında
merin müavini xanım Sma Xunla görüşüblər.
Merin müavini xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanda
sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nəticəsində
Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdən biridir.
Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri böyük
inkişaf nümayiş
etdirir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var. Görüş zamanı paytaxt şəhərləri
arasında əməkdaşlığa
dair planlar müzakirə edilib. Səfərin nəticəsinə
əsasən Pekin meriyasının nümayəndə
heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair
memorandumun imzalanması
barədə razılaşma
əldə edilib.
Azərbaycan.-2023.- 4 iyul.- S.3.