Qərbi Azərbaycan İcması bəyanatlarla çıxış
edib
Ermənistandan qovulmuş
azərbaycanlıları təmsil
edən Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) bu yaxınlarda
qəbul etdiyi 2508
(2023) saylı qətnaməni
kəskin şəkildə
qınayır.
Qərbi Azərbaycan
İcmasından AZƏRTAC-a bildirilib ki, bu qətnamə AŞPA-nın insan hüquqlarının mahiyyətinə
birbaşa zidd olan qərəzli və naşı yanaşmasını bir daha nümayiş etdirir.
AŞPA-nın bir
tərəfdən humanizmdən
dəm vurması, digər tərəfdən
isə heç bir əsas olmadan
Azərbaycanın Qarabağ
bölgəsindən etnik
ermənilərin emiqrasiyasına
dair xəyali ssenari iddiası irəli sürməsi başdan başa böhtan olmaqla dərin hiddət doğurur. Ermənistanın
Göyçə, Zəngəzur,
Dərələyəz və
digər bölgələrindən
zorla qovduğu etnik azərbaycanlılardan
fərqli olaraq, ermənilər Azərbaycanın
Qarabağ bölgəsində
yaşamaqdadırlar. İnsan
haqlarının müdafiəsi
ilə məşğul
olan AŞPA-nın Ermənistanın bütün
azərbaycanlıları öz
ərazisindən qovaraq,
mono-etnik məkana çevrilməsi ilə rahat şəkildə razılaşması dərin
narahatlıq doğurur.
Ermənistandan qovulmuş
azərbaycanlıların geri
qayıtmaq hüququ üçün dəstək
istəyən saysız-hesabsız
müraciətlərinə göz yuman AŞPA indi etnik ermənilərin
hüquqlarını mövcud
olmayan təhlükələrdən
müdafiə etmək
niyyətindədir. Əslində,
AŞPA bu qətnamə
ilə Ermənistanın
Azərbaycana qarşı
ərazi iddialarını
müdafiə edir. Əgər AŞPA insan haqları məsələsində
səmimi olsaydı,
o, bizim geri qayıtmaq hüququmuzu müdafiə edərdi və Ermənistanın bir milyondan çox
azərbaycanlıya qarşı
bədnam etnik təmizləmə aparmasını
və azərbaycanlıların
öz vətənlərinə
qayıtmasının qarşısını
almasını ardıcıl
olaraq pisləyərdi.
Ermənistanın azərbaycanlılara
qarşı sistemli şəkildə təbliğ
etdiyi nifrəti nəzərə aldıqda,
AŞPA-nın Azərbaycanda
guya nifrət aşılayan çıxışların
olmasını iddia etməsi gülüncdür.
Ermənistanda etnik dözümsüzlüyün ən
son nümunələri
sırasında İrəvanda
Azərbaycana və Türkiyəyə qarşı
zorakı terrorçuluğu
tərənnüm edən
“Nemezis” abidəsinin ucaldılmasını qeyd
etmək olar. Bundan başqa, cəmi iki ay
əvvəl İrəvanda
keçirilən beynəlxalq
idman tədbirində Baş nazirin gözünün qarşısında
Azərbaycanın bayrağının
yandırılması bu
ölkədə tüğyan
edən etnik nifrəti göstərən
növbəti bir aktdır.
AŞPA-nın azərbaycanlılara
məxsus mədəni
irsin sistemli şəkildə məhv edilməsinə göz yumması xüsusilə narahatlıq doğurur. Qətnamə müəlliflərinin
bu məsələyə
məhəl qoymamaqla,
etnik mənşəyindən
asılı olmayaraq, mədəni müxtəlifliyin
və insan hüquqlarının qorunub
saxlanmasında prinsipial
olmadıqlarını nümayiş
etdirirlər.
Bu qətnamə
AŞPA-nın anti-Azərbaycan
qərəzli mövqeyini
nümayiş etdirməklə
yanaşı, həm də müəyyən əhali qrupunun etnik təmizləməyə
məruz qaldıqdan sonra beynəlxalq ictimaiyyətin onların taleyinə biganə qaldığını göstərir.
Belə yanaşma təhlükəlidir və
ədalət və insan haqları prinsiplərini kökündən
sarsıdır.
AŞPA Azərbaycana sual doğuran məqsədləri olan missiya göndərməkdən
danışmaq əvəzinə,
azərbaycanlıların təhlükəsiz
və ləyaqətlə
qayıtmasını təmin
etmək, onların hüquqlarının, əmlakının
və mədəni irsinin qorunması üçün Ermənistana
beynəlxalq missiyaların
göndərilməsinə yardım etməlidir.
AŞPA Ermənistanın qovduğu
azərbaycanlıların hüquqları
ilə bağlı müvafiq konvensiyalar çərçivəsində öhdəliklərinə əməl
etməsinin monitorinqini
ən ümdə vəzifə kimi qarşısına qoyumalıdır.
Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinə bununla bağlı göndərdiyimiz
məktub bu günə kimi cavabsız qalıb.
Nəhayət, AŞPA-nın separatçıların
xeyrinə proqram və layihələr irəli sürən səxavətli təklifindən
çox məyus olduq. Qərbi Azərbaycan İcması zorakı separatçılardan
fərqli olaraq, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən
ərazi bütövlüyü
prinsipinə hörmət
edir. Belə görünür ki,
AŞPA zorakılıq edənləri
mükafatlandırır, qanunun
aliliyinə riayət edənləri isə cəzalandırır.
Bu qətnamə
Ermənistanın hərbi
təcavüzünü və
insanlığa qarşı
cinayətlərini dəstəkləmək
üçün insan
hüquqlarının nəcib
ideyasından sui-istifadə
edən utancverici cəhddən başqa bir şey deyil.
O, Avropa Şurasının
tarixində həmişəlik
qara ləkə kimi qalacaq.
Öz yanlış yanaşmasını düzəltmək, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hamı üçün ədalət və insan hüquqları prinsiplərini müdafiə etmək AŞPA-nın borcudur. Biz Assambleyanı insan haqlarına zidd, Azərbaycanofob mövqeyindən əl çəkməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı çağırışlarımıza cavab verməyə çağırırıq.
Azərbaycan.-2023.- 4 iyul.- S.3.