Azərbaycan dövlətinin İrpendə
akademik Zərifə Əliyeva adına orta məktəbə daha bir töhfəsi
Azərbaycan dövləti
İrpen şəhərində
yerləşən və
görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə
daha bir töhfə verib.
AZƏRTAC xəbər verir ki, istilik
probleminin həlli məqsədilə Azərbaycan
Prezidenti İlham Əliyevin göstərişi
ilə “SOCAR Energy Ukraine” şirkəti
orta məktəbin binasının xarici istilik izolyasiyası işlərinə başlayıb.
Məktəbin direktoru
Valentina Antonenko
AZƏRTAC-a açıqlamasında orta məktəbə daim dəstək göstərən Azərbaycan
dövlətinə, xüsusilə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirib. Qeyd edilib ki, məktəbin
xarici istilik izolyasiyası işləri
yeni tədris ilinə qədər başa çatacaq.
Qeyd edək ki, bundan əvvəl
Prezident İlham Əliyevin göstərişi
ilə “SOCAR Energy Ukraine” şirkəti
Rusiya-Ukrayna müharibəsi
zamanı İrpen şəhərində ciddi
ziyan dəyən orta məktəbin təmirini üzərinə
götürərək, müvafiq
işləri yeni tədris ilinə kimi başa çatdırıb.
Təmir işləri
zamanı orta məktəbin dam örtüyü tamamilə
yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik
işlər həyata
keçirilib. Partlayışdan
ən çox zərər çəkmiş
idman zalı və bomba sığınacağı
təmir edilib.
Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.
Azərbaycan.-2023.- 4 iyul.- S.3.