Daxili
işlər naziri Azərbaycan Polisini təbrik edib
Daxili işlər
naziri Vilayət Eyvazov Azərbaycan polisinin yaranmasının
105-ci ildönümü münasibətilə
polis işçilərini
təbrik edib.
AZƏRTAC xəbər verir ki, polis
işçilərini və
veteranlarını, respublikamızın
ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə və
vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının
ailə üzvlərini
təbrik edən nazir deyib: “Ötən
müddətdə çətin
sınaqlarla dolu şərəfli bir yol keçmiş polis orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında
peşəkar hüquq
mühafizə orqanı
kimi formalaşmış,
ölkədə qanunçuluğun
bərpasında və
hüquq qaydasının
qorunmasında önəmli
xidmətlər göstərmiş,
dövlətçiliyin dayaqlarından
birinə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində
davamlı surətdə
müasirləşən və
təkmilləşən, beynəlxalq
standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan
daxili işlər orqanları cinayətkarlığa,
onun transmilli mütəşəkkil növlərinə
qarşı əzmlə
mübarizə aparır.
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsi vəzifələrini, o cümlədən
işğaldan azad edilmiş ərazilərdə
qarşıya qoyulmuş
tapşırıqları peşəkarlıqla
yerinə yetirir. Vətəndaşlarının qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi
sahəsində əldə
olunmuş nəticələr
də məmnunluq doğurur”.
Nazir əmin olduğunu bildirib ki, öz andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyət bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, dövlət başçısının etimadını doğruldacaq.
Azərbaycan.-2023.- 4 iyul.- S.5.