Fransa
demokratiyasının qanlı
üzü
Fransada Əlcəzairəsilli
gəncin polis tərəfindən qətlə
yetirilməsindən sonra
başlayan iğtişaşlar
davam edir. İnsanlar polis zorakılığına, həyat
səviyyəsinin aşağı
olmasına, dövlətin
onların problemlərinə
vaxtında reaksiya verməməsinə etiraz
edirlər. Eyni zamanda etirazlara səbəb olan məsələlər arasında
Fransadakı irqçilik,
müsəlmanlara qarşı
ayrı-seçkilik halları
da yer alıb.
Bir neçə
şəhərdə komendant
saatı tətbiq olunmasına baxmayaraq, hökumətin siyasətindən
bezən insanlar iğtişaşları davam
etdirirlər.
Fransada baş verənlər əsrlərdir
müstəmləkə siyasəti
yürüdən Avropa
ölkəsindəki anti-demokratik
idarəçiliyin göstəricisidir.
Elə bunun nəticəsidir ki, etirazçıların qarşısını
heç nə ala bilmir.
Bundan başqa,
daim söz, ifadə azadlığından
dəm vuran ölkədə aksiya iştirakçılarına, media
nümayəndələrinə qarşı davranışlar
da hökumətin yürütdüyü siyasəti
aydın göstərir.
Makronun ayrı-seçkilik
siyasəti
Fransada etirazçıların
arasına soxularaq avtomobilləri yandıran,
soyğunçuluq edənlərin
hərəkətlərini birmənalı
şəkildə pislədiyini
deyən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, bu
etirazları yaradan səbəblər var.
O qeyd edib ki, xüsusilə prezident Makron hakimiyyətə gələndən
sonra fransız adlandırılsalar belə
fransız kimi yanaşılmayan milli azlıqlara yanaşmada yeridilən siyasətdən
bu cür narazılıqlar doğur:
"Heç kimə sirr deyil ki,
Afrikadan və Yaxın Şərqdən,
yəni bir zamanlar Fransa müstəmləkəçiliyi altında yaşayan ölkələrdən müxtəlif
səbəblərdən, o cümlədən Fransanın
istəyi ilə gəlib orada yaşayanlar seqreqasiya siyasətinə uğrayırlar.
Onlar gettolarda məskunlaşıblar ki,
həmin yerlərdə
infrastruktur, yaşayış
səviyyəsi, bir qayda olaraq, Fransanın
digər yerlərində
olduğundan xeyli aşağıdır. Sosial
lift məsələsi
də işləmir. Onlara ikinci dərəcəli
adamlar, üstəlik,
müsəlmandılarsa, üçüncü
dərəcəli adamlar
kimi yanaşılır.
Fransa prezidenti Emmanuel Makron bir zamanlar Ermənistanın
keçmiş prezidenti
Robert Köçəryansayağı davranaraq, ölkəsindəki
müsəlmanlara yanaşmada
nasist ifadəsini belə işlətməkdən
çəkinməyib. O, Fransadakı
müsəlman icmalarını
etnik apartheid adlandırır".
2021-ci ildə Makronun
diktəsi ilə Fransada İslam dininə qarşı yeni qanun qəbul
edildiyini xatırladan deputat bildirib ki, qanunun ilk
variantında İslam
separatizm ilə eyniləşdirilib. Böyük
narazılıqlardan sonra
bəzi dəyişikliklər
edilməsinə baxmayaraq,
bu qanun bütövlükdə Fransada
yaşayan müsəlmanların
əleyhinədir. "Sadəcə,
17 yaşlı gənci
polisin qətlə yetirməsi deyil, Makron hakimiyyətə gələndən sonra Fransada yeridilən ayrı-seçkilik siyasəti
belə bir vəziyyətə gətirib
çıxarıb. Ona
görə də Makron kimilərin Azərbaycanda milli azlıqlara, eyni zamanda Qarabağdakı haydillilərə qarşı
necə siyasət yürütmək lazım
gəldiyi ilə bağlı bizə moizə oxumağa heç bir haqqı yoxdur. Fransa polisinin hansı vəhşiliklər
törətdiyini görürük.
Bir daha qeyd edirəm ki, etirazçılar arasında soyğunçuluq
edənləri, vandalizm
aktları törədənləri
qətiyyətlə pisləyirəm,
amma Fransa dövlətinin milli azlıqlara qarşı yeritdiyi siyasəti və polisin etirazçılarla vəhşicəsinə
davranışını ondan
daha çox qınayıram", - deyə
S.Alıyev əlavə
edib.
Fransada irqi, dini dözümsüzlük
getdikcə dərinləşir
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Əlcəzairəsilli
gəncin heç bir əsas olmadan,
polisə qarşı
heç bir müqavimət göstərmədiyi
halda qətlə yetirilməsi Fransada irqi, dini dözümsüzlüyün
getdikcə dərinləşdiyini
göstərir.
O bildirib ki, Fransanın mövqeyində,
fəaliyyətində paradoksallıq
özünü göstərir:
"Fransa bir çox hallarda bəzi ölkələrə
insan hüquqları, demokratiya ilə bağlı dərslər
verməyə çalışır.
Digər tərəfdən,
özündə insan
hüquqları kobud şəkildə pozulur, irqi, dini mənsubiyyətə
görə insanlar diksriminasiyaya məruz qalırlar. Bu da Fransanın insan hüquqları, demokratiya ilə bağlı yanaşmasında
riyakarlığın göstəricisidir.
Xüsusilə Makronun
rəhbərliyi dövründə
hakimiyyət orqanları
ilə cəmiyyət
üzvləri arasında
qarşıdurmalar intensivləşib
və kəskin xarakter alıb. Məsələn, "sarı
jiletli"lərə qarşı
güc strukturlarının
tətbiq etdiyi zorakılıqlar bu gün də müzakirə olunur. O zaman polis aksiya iştirakçılarına
qarşı dəyənək,
gözyaşardıcı qazlardan,
bəzən odlu silahlardan istifadə edirdi. "Sarı jiletli"lərin etirazları
zamanı da aksiyaçılar arasında
qətlə yetirilənlər
olmuşdu. Bu gün də analoji hadisələr müşahidə olunur".
Fransanın bütün
şəhərlərində güc strukturları ilə etirazçılar arasında qarşıdurma
müşahidə edildiyini
vurğulayan E.Mirbəşiroğlu
bildirib ki, bu, Fransada hakimiyyətin
davranışlarının, yürütdüyü siyasətin
cəmiyyətin maraqları
ilə uzlaşmadığını
göstərir. Onun sözlərinə görə,
böyük miqrant kütləsinə malik ölkədə hadisələr,
əsasən, dini, irqi ayrı-seçkilik zəminində baş verir. Fransa başqa
dinə, irqə mənsub insanlara qarşı hər zaman olduğu kimi, bu gün
də düşmən
mövqeyində dayanır.
"Ümumiyyətlə, Fransanın
davranışlarında, xüsusilə
son dövrlərdə
qeyri-konstruktiv elementlər
üstünlük təşkil
edir. Məsələn,
keçmiş Azərbaycan-Ermənistan
münaqişəsi ilə
bağlı Fransanın
mövqeyi də paradoksallığı ilə
seçilirdi. BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsinə səs
verən Fransa paralel olaraq Ermənistanın
işğalçılıq siyasətini dəstəkləyən
mövqe nümayiş
etdirirdi. Fransa parlamenti Azərbaycana qarşı bir neçə qərəzli
qətnamə qəbul
edib. Bundan başqa, BMT TŞ-də belə sənədlərin
qəbuluna və Avropa Parlamentində Azərbaycan əleyhinə
siyasi mövqelərin
formalaşdırılmasına çalışıb. Bütün
bunlar Fransanın vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri qismində keçmiş münaqişənin
tənzimlənməsi istiqamətində
nə dərəcədə
qeyri-səmimi davrandığını
göstərir", - deyə
deputat əlavə edib.
E.Mirbəşiroğlu qeyd edib ki,
ATƏT-in Minsk qrupunun münaqişənin
dinc tənzimlənməsi
istiqamətində tam
səmərəsiz fəaliyyətinin
kökündə də
Fransanın mövqeyi
dayanıb. O bildirib ki, Fransa Yaxın
Şərqdə vətəndaş
müharibələrinin əsas
qızışdırıcı ölkələrindən biridir.
Bütün bunlar Fransanın müasir dövrdə insan hüquq və azadlıqlarının qorunmasına,
təhlükəsizlik problemlərinə
biganə yanaşmasının
göstəricisidir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
4 iyul.- S.6.