"Dəmir yumruq" növbəti dəfə Hayastana və xarici havadarlarına başa saldı ki, təxribatların qarşısı
artıqlaması ilə
alınacaq
"Son iki il yarım ərzində
biz bir neçə
dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik,
birincisi, onların hərbi təxribatlarına
cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik
ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr,
nəticə onlar üçün acınacaqlı
olacaq".
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində
yaradılan şəraitlə
tanış olan zaman bu fikirləri
bəyan etmiş və rəşadətli Azərbaycan Ordusunun ölkəmizə qarşı
törədilən istənilən
təxribatın qisasını
qətiyyətlə alacağının
mesajını vermişdi.
Eyni zamanda İlham Əliyev həmin çıxışında
bölgədə sülhə
təhdid olan Hayastana və onun xarici havadarlarına
qətiyyətlə xəbərdarlıq
etmişdi ki, biz son iki
il yarım ərzində ordumuzu böyük dərəcədə
gücləndirmişik. Əgər
bütün bu amilləri Ermənistan və onun arxasında
dayanan xarici qohumları başa düşmürlərsə, onda
günah onların boynundadır.
İyunun 26-da Ermənistanın
Azərbaycana qarşı
təxribatına cavab
olaraq dərhal qüdrətli ordumuz tərəfindən keçirilən
"Qisas" əməliyyatı
nəticəsində düşmənin
yerinə otuzdurulması
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin bu sözlərinin əyani təzahürü
oldu.
Necə deyərlər,
təxribata cavab olaraq, növbəti dəfə elə gecə ilə "dəmir yumruq" işə düşərək
həm qanunsuz silahlı dəstələri,
həm Hayastanı, həm də onların məkrli xarici qahmarçılarını
başa saldı ki, Cənubi Qafqazın
lider ölkəsi Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrlə istənilən
platformada, istər siyasi, istərsə də hərbi olsun, mübarizə aparmaq və qalib gəlmək əzmində, gücündədir.
Danışıqlar ərəfəsində yenə
"hay taktika"sı
işə düşdü
2020-ci il noyabrın
10-da kapitulyasiya aktını
rəsmən imzalayan Hayastan ötən dövr ərzində üçtərəfli Bəyanatla
üzərinə götürdüyü
müddəaları yerinə
yetirməkdən müxtəlif
"hay taktika"ları
ilə yayınmağa
çalışıb.
Həmin tarixdə
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı
üçtərəfli Bəyanata
zidd olaraq Hayastan minbir bəhanə ilə bölgədə bütün
nəqliyyat-kommunikasiya yollarının
açılmasına maneçilik
törətməyə çalışır.
Eyni zamanda erməni silahlı qüvvələri hələ
də Azərbaycan ərazilərindən çıxarılmayıb.
Ötən müddətdə
Hayastan ərazilərimizdən
bu silahlı tör-töküntülərini çıxarmaq əvəzinə,
havadarlarının köməyi
ilə onları qanunsuz yolla silahlandırmaqda davam edib. Hayastanın bu təxribatçı əməlləri ilə bağlı Azərbaycan tərəfi dəfələrlə
videokadrlar da yayıb və bunu beynəlxalq ictimaiyyətin nəzərinə
çatdırıb.
Bir nüansı
da qeyd edək
ki, ölkə liderləri səviyyəsində
keçirilən son üçtərəfli danışıqlarda
İrəvan rəsmi
şəkildə Qarabağı
Azərbaycan ərazisi
kimi tanıdığını
bəyan edib.
Amma Hayastan hələ də erməni silahlı qüvvələrini beynəlxalq
hüquqla tanınan Azərbaycan ərazilərindən
çıxarmamaqla, faktiki
olaraq ölkəmizə
qarşı ərazi iddiasından heç də əl çəkmək niyyətində
olmadığını göstərmiş
olur.
Deyəsən, Hayastan
44 günlük müharibədə
Azərbaycan tərəfindən
uğradıldığı biabırçı məğlubiyyətini
unudub. Təcavüzkar
ölkə məkrli xarici havadarlarına güvənərək ölkəmizə
qarşı təxribatlar
törətmək kimi
quduz iştahaya düşüb.
Hayastanın növbəti
ağılsız addımı
ona baha başa gəldi
Xarici havadarlarının
təhriki ilə Azərbaycana qarşı təxribatlara cürətlənən
Hayastan növbəti belə ağılsız addımı iyunun 26-da atıb. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki
Ağdam rayonunun Qalayçılar kəndi
istiqamətindəki mövqelərimiz
atıcı silahlardan
atəşə tutulub.
Nəticədə Azərbaycan
Ordusunun hərbi qulluqçusu Əli Bəkirov yaralanıb. Qanunsuz erməni silahlı birləşmələrinin
bu təxribatı cavabsız qalmayıb. Belə ki, ordumuz
elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı həyata
keçirib. Qanunsuz birləşmələrin infrastrukturuna
ciddi zərbələr
endirilib, 5 terrorçu
məhv edilib.
Diqqət etdikdə
görürük ki, ənənəvi "hay taktikası"na uyğun
olaraq, hiyləgər ermənilər bu dəfə də təxribatlarının tarixini
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
növbəti Vaşinqton
görüşü ərəfəsinə
tuş gətiriblər.
Yenə də hədəflədikləri pozuculuq,
barışa xələlgətirici
"missiya"larını yerinə yetirmək olub.
Təsadüfi deyil
ki, bu təxribat
həm də hayların məzlum qiyafəsinə bürünərək
Laçında qurulan
nəzarət-keçid məntəqəsini
"blokada" kimi dünyaya sırımaq istədikləri və bununla bağlı hay-şivən qopardıqları
zamanla da üst-üstə düşür.
O da təəccüblü
deyil ki, bəzi korrupsioner Qərb siyasətçiləri
və təşkilatları,
ermənipərəst və
islamafob qüvvələr,
o cümlədən Avropa
Parlamenti daxilində məlum qüvvələr
də bu yalan iddialarında erməni dəyirmanına
uzaqdan su tökməklə məşğuldurlar,
arada ölkəmizə
qarşı böhtan
xarakterli kağız parçaları filan da qəbul edirlər...
Uzaqdan ona görə deyirik ki, elə həmin
riyakar və məkrli qüvvələrə
də Azərbaycan həqiqətləri, Qarabağın
tarixi və hüquqi Azərbaycan torpağı olması gerçəkliyi gün kimi aydındır. Onlara da əyandır
ki, Azərbaycan milli maraqlarının müdafiəsi uğrunda qarşısındakı istənilən
düşməni məhv
etməyə qadir ölkədir.
Sadəcə, Qərb
"çoxbilmiş"ləri fürsəti fövtə
verməyərək, erməni
lobbisinin xəstə ideologiyasından yararlanaraq
ciblərini doldururlar.
Kim gəlib ermənilərin yerinə
bizimlə vuruşacaq?!
Əgər Qarabağ
bölgəsində yaşayan
ermənilər də,
nəhayət, öz qondarma başçılarının
əsarətindən qurtulmaq,
ləyaqətli yaşama
qovuşmaq istəyirlərsə,
özləri üçün
düzgün qərar
verməlidirlər. Onlar
son iki il
yarım ərzində
baş verənlərdən
dərs çıxarmalıdırlar
və bilməlidirlər
ki, Qarabağda, Azərbaycanda yaşamaları
yalnız ölkəmizin
qanunları çərçivəsində
mümkündür.
Buna görə
artıq onlar da xam xülyalarından
ayılaraq gerçəkliklər
dünyasına qayıtmalı,
kimlərəsə arxalanmaqdan
vaz keçməlidirlər.
"İkinci Qarabağ
müharibəsi zamanı
biz güclü iradə göstərmişik
və əgər o vaxt heç kim bizə qarşı
kənardan müdaxiləyə
cürət etmədisə,
bu gün bütün bu torpaqlara yenə də sahib olandan
sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq". Mayın
28-də Laçında bu
yurdun doğma sakinləri ilə görüşü zamanı
qalib lider İlham Əliyevin də söylədiyi kimi, bu gün
ermənilərin yaşadıqları
Qarabağ bölgəsi
bizim əzəli, hüquqi torpağımızdır.
Və burada yaşayan ermənilərin
xam xəyalları uğrunda heç bir xarici qüvvə
gəlib vuruşmayacaq,
onlara kömək etməyəcək, çünki,
bu ilk növbədə
qanunsuzdur: "Sadəcə
olaraq, hesab edirik ki, onlar
özləri başa düşəcəklər, özləri
gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar".
Ermənistanın sülhdən
başqa çıxış
yolu yoxdur
Hayastan hər dəfə ölkəmizə
qarşı təxribatlara
əl atdıqda qəhrəman Azərbaycan
Ordusu tərəfindən
layiqincə yerində
otuzdurulub.
Elə ötən
il avqustun 3-də Ermənistanın növbəti
təxribatına cavab
olaraq "Qisas" əməliyyatının keçirilməsi
və ordumuzun Qırxqız yüksəkliyini,
həmçinin Kiçik
Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim
yüksəklikləri nəzarətə
götürməsi də
buna bariz sübutdur.
Həmçinin bu
il iyunun 26-da qeyri-qanuni erməni silahlı dəstələri
tərəfindən törədilən
təxribatın qisasının
Azərbaycanın şanlı
Ordusu tərəfindən
dərhal və layiqincə alınması
Hayastana, separatçılara,
onlara himayədarlıq
etmək istəyən
məkrli qüvvələrə
yaddan çıxarmayacaqları
dərs oldu...
Bu həm də bir daha
onu göstərdi ki, Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur. Necə ki Hayastan 2020-ci ildə hərb meydanında Azərbaycanın
qarşısında diz
çökməyə məcbur
oldu, indi də üçtərəfli
Bəyanatın şərtlərini
yerinə yetirməyə
məhkumdur, ya öz xoşu ilə, ya da
güclə...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
4 iyul.- S.6.