Məğlub ölkə təxribatlarla
özünü məhvə
aparır
Regionda sülhün,
təhlükəsizliyin bərqərar
olması istiqamətində
bütün danışıqlarda
iştirak etməklə
yanaşı, həmçinin
əməli addımlar
atan Azərbaycandan fərqli olaraq Hayastanın "fəaliyyəti"
sülhdən yayındığını
açıq-aydın göstərir.
Son günlər
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələrinin
sülhpozucu hərəkətləri
buna misaldır. Əslində, ilk sual ortaya çıxır
ki, 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən,
Qarabağdakı qanunsuz
erməni birləşmələrini
ərazilərimizdən çıxarmaq
öhdəliyini üzərinə
götürən Hayastan
niyə buna əməl etmir?
Bunun nəticəsidir
ki, xüsusən Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
ərazilərimizdə ermənilər
tərəfindən müxtəlif
qanunsuzluqlara əl atılır, həmçinin
mövqelərimiz atəşə
tutulur.
Təkcə iyun
ayının 26-da törədilən
təxribat bunun növbəti bariz nümunəsidir. Həmin
gün qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki
Ağdam rayonunun Qalayçılar kəndi
istiqamətində yerləşən
mövqeləri atıcı
silahlardan atəşə
tutulub. Atəş nəticəsində Azərbaycan
Ordusunun hərbi qulluqçusu yaralanıb.
Qanunsuz erməni silahlı birləşmələrinin
bu təxribatı cavabsız qalmayıb. Belə ki, ordumuz
elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı həyata
keçirib. Bu əməliyyat çərçivəsində
qanunsuz birləşmələrin
infrastrukturuna ciddi zərbələr endirilib.
Bundan başqa, ilkin məlumata görə, 5 terrorçu
məhv edilib.
Növbəti Vaşinqton
görüşü ərəfəsində
Hayastan sülh istiqamətində əməli
addımlar atmaq yerinə, hər zamankı kimi sülhpozucu fəaliyyətlə
məşğuldur. Bu
isə bir daha göstərir ki, Hayastan sülh
istəmir və
ABŞ-nin dəstəyi
ilə aparılan danışıqlara kölgə
salaraq neqativ ab-hava yaratmaq məqsədi güdür.
Onu da qeyd etməkdə fayda var ki,
bu, son vaxtlarda
ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan və layiqli cavabını anında alan ermənilər hələ ötən ay sərhədimizə diversiya qrupu göndərmişdilər. Amma
Dövlət Sərhəd
Xidmətinin sayıqlığı
nəticəsində erməni
diversantlardan ibarət
dəstənin diversiya
cəhdinin qarşısı
alınmış, iki
diversant saxlanılmışdı.
Ancaq reallıq budur ki, qarşı
tərəf nə məğlubiyyətə, nə
də aldığı
sarsıdıcı zərbələrə
doyur. Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Fərruxda, Sarıbabada olduğu kimi, bu yeni təxribatların
da qarşısı layiqincə alınacaq, düşmənə sərt
və qətiyyətli
cavab veriləcək.
Baş vermiş
təxribatda Laçında
qurulmuş postu "blokada" kimi təqdim edərək terrorçulara dəstək
verən bir sıra korrupsioner Qərb siyasətçiləri
və təşkilatlarının
da məsuliyyəti var. Bu təxribat
ermənipərəst və
islamafob qüvvələrin
maraqlarına da cavab verir.
Fransa prezidenti Emmanuel Makronun Marsel şəhərində
erməni icması ilə görüşdə
növbəti dəfə
Azərbaycan əleyhinə
səsləndirdiyi fikirlər
də deyilənlərin
sübutudur. Həm 44
günlük Vətən
müharibəsində, həm
də postmünaqişə
dövründə dəfələrlə
anti-Azərbaycan bəyanatları
ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı
dövrdə öz məqsədlərinə nail
ola bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin
yaydığı bəyanatda
qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycanın
ərazi bütövlüyünün
dəstəklənməsi və
Qarabağ bölgəsinin
Azərbaycanın tərkib
hissəsi kimi tanınması fonunda prezident Makronun bu kimi qərəzli
bəyanatları bölgədə
sülhün və əmin-amanlığın bərqərar
olmasına mane olmaqla yanaşı, separatçılıq və
terrorçuluğu təşviq
edənlərin və
dəstəkləyənlərin destruktiv fəaliyyətinin
daha da genişləndirilməsinə
rəvac verir. Bildirilib ki, prezident Makronun açıqlaması bir daha onu göstərir
ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun
izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz
o şəxslərdəndir ki, ona qarşı
Ermənistan tərəfindən
ölkəyə giriş
qadağası qoyulub.
Ümumiyyətlə, görünən odur ki, Hayastan hələ
də müharibədən
öncə savaş başlayacağı təqdirdə
ona "dəstək"
olacaqları vədini
verib, döyüşlər
zamanı kənardan
"boylanan" havadarlarının
fikirlərinə inanaraq
təxribatlarından əl
çəkmir. Hər
dəfə də
"dəmir yumruq"dan
ağır zərbə
alıb geri çəkildikdən sonra
şər-böhtana başlayır.
Digər bir məqam isə odur ki, son
hadisələr artıq
Hayastanın oriyentirlərini
dəyişdiyini və
açıq şəkildə
Qərbdə dəstək
axtardığını göstərdi.
Maraqlıdır, görəsən,
Hayastanın 30 illik işğalı dövründə
bu adamlar niyə danışmırdılar,
beynəlxalq qanunları,
ədalət prinsipini
nədən müdafiə
etmirdilər? İndi regionda yaranan yeni reallıqları niyə qəbul etmək istəmirlər?
Bütün bunlar,
əlbəttə ki, erməni lobbisinin fəaliyyətinin nəticəsidir.
Əslində isə,
regionda təhlükəsizliyin
təmin olunmasını
istəyən dünya
gücləri Hayastanın
hazırda yürütdüyü
siyasətin mahiyyətini
aydın görməli,
onun əsl niyyətini düzgün qiymətləndirməli və
İrəvanı sərsəm
iddialardan əl çəkməyə məcbur
etməklə sülh
prosesinə öz töhfələrini verməlidirlər.
Amma görünən
odur ki, Hayastan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla Hayastan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə
çalışır.
Hayastanın bu
təxribat və siyasi avantüralarının
son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə
iflasa uğratmaqdır.
Bu ölkə regionda formalaşan yeni arxitekturanı, pozitiv əməkdaşlıq
imkanlarını, inkişafı,
təhlükəsizliyi təhdid
edir və açılan yeni perspektivlərə zərbə
vurmağa can atır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
4 iyul.- S.6.