Azərbaycanın
bütövlükdə yaşıl
enerji məkanına çevriləcəyi vaxta
çox qalmayıb
Dünyada, əsasən,
neft-qaz ölkəsi kimi tanınan Azərbaycan zəngin enerji ehtiyatları olan ölkələrin bəzilərindən fərqli
olaraq neft kapitalını çox uğurla insan kapitalına çevirməyi
bacarıb. Bu barədə ADA Universitetinin
İnkişaf və Diplomatiya İnstitutu, ADA Universiteti Fondu (Azərbaycan), SOCAR, BP Azərbaycan,
"KOLİN Azərbaycan və
Total Energies" şirkətlərinin
dəstəyi ilə keçirilən
17-ci Bakı Yay Enerji Məktəbi layihəsində də danışıldı.
Layihənin açılış
mərasimində ADA Universitetinin
rektoru Hafiz Paşayev, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf
və bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Qəri Counz və başqaları
iştirak ediblər.
Məlumat üçün
bildirək ki, Bakı Yay Enerji
Məktəbi 2007-ci ildən etibarən hər il keçirilir.
Məktəb Xəzər
bölgəsinə xüsusi
diqqət yetirməklə
enerji və ekologiya məsələlərinin
araşdırılması, daha doğrusu, tədqiq
edilməsi üçün
dünyanın tanınmış
alimlərini, siyasətçi
və mütəxəssislərini
bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik
sertifikat proqramıdır.
Proqram çərçivəsində
iştirakçılara həm
enerji, həm də ətraf mühitlə bağlı
geniş məlumat təqdim olunur. Bunlar enerji iqtisadiyyatı,
enerji hüququ, təbii sərvət gəlirlərinin idarə
edilməsi, bərpaolunan
mənbələr, davamlılıq,
iqlim dəyişikliyi
və enerji geosiyasəti daxil olmaqla bir sıra
mövzunu əhatə
edir. Bakı Yay Enerji Məktəbinin
müəllim və məruzəçiləri akademiya,
dövlət və özəl sektorun aparıcı ekspertləridir.
İyulun 14-dək davam
edəcək budəfəki
tədbirdə dünyanın
tanınmış elm
xadimləri, mütəxəssis
və siyasətçiləri
ingilisdilli sertifikat proqramında bir araya gələcəklər.
Hər il olduğu kimi, iştirakçılar yenə
də enerji diplomatiyası, neft-qaz sənayesində idarəçilik,
dayanıqlı inkişaf
mövzularında milli,
regional və qlobal perspektivə dair məsələləri
ətraflı şəkildə
öyrənmək imkanı
əldə edəcəklər.
Qeyd edək ki, hər il
yay məktəbinə
təqribən 15 ölkədən
müəllim heyəti
və 40 iştirakçı
cəlb olunur. İlk dəfə olaraq bu il
Bakı Yay Enerji Məktəbinin ikinci hissəsi Aktauda (Qazaxıstan) keçiriləcək. İştirakçılar
Bakı Limanından Aktauya gəmi-bərə ilə səyahət edəcək və enerji məsələləri
ilə bağlı Qazaxıstan perspektivi ilə də yaxından tanış olacaqlar.
Onu da qeyd edək ki, Yay Enerji
Məktəbi ADA Universiteti yaranandan bu günə kimi ən ciddi və
sanballı proqramlardan biri olub. Lakin sonralar institut formatında Bakı Yay Enerji
Məktəbi adı ilə keçirilməyə
başlayıb. Azərbaycan
energetika nazirinin müavini Elnur Soltanov bu sözlərin
davamı olaraq deyib: "Biz, sadəcə olaraq, neft və enerji
məhsulları istehsal
etmirik, eyni zamanda bu sahədə
olan, bəlkə də, dünyada heç bir ölkə ilə müqayisə edilməyəcək
dərəcədə zəngin
biliklərimizlə dünya
elminə öz töhfələrimizi veririk.
Bu il 55-dən çox iştirakçı
var, təqribən 15 ölkənin nümayəndələridir.
Bu tələbələr
özləri istəyərək,
ödəniş haqqını
verərək gəlirlər
Azərbaycana. Proqram Azərbaycan tərəfindən
maliyyələşdirilən proqram deyil". Elnur Soltanov onu da vurğulayıb
ki, Azərbaycan özünün enerji baxımından inkişafında
çox mühüm yol qət edib.
Neft sənayesindəki çox
böyük uğurlardan sonra təbii qazdan istifadəyə keçən
Azərbaycan indi "yaşıl enerji"nin inkişafı üzərində
çalışır.
Hazırda Azərbaycan
bərpaolunan enerjinin istehsalında bp, Masdar və digər enerji şirkətləri ilə
fəal əməkdaşlıq
edir. "Yaşıl
iqtisadiyyat"a keçid
bütün dünyada
prioritet məsələ
olmaqla yanaşı, aktual çağırışlardan
biridir. Azərbaycan da bu çağırışlara
qoşulan ölkələrdən
olduğu üçün Bakı
Yay Eneji Məktəbi adlanan beynəlxlq tədbirə evsahibliyi edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə,
2024-cü ilə qədər
dünyada bərpaolunan
mənbələr hesabına
enerji istehsalı
2018-ci illə müqayisədə
50 faiz artacaq. 2050-ci ildə isə bu rəqəm 70 olacaq. Ona görə
də ölkəmiz zəngin təbii resurslara söykənərək bərpaolunan enerji mənbələrinin
şaxələndirilməsinə üstünlük verir. Bunun üçün çox önəmli addımlar atan Azərbaycan qısa müddətdə elektrik
enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə
çevrilib. Bu, təbii ki, qürurvericidir. Bakı Yay Enerji Məktəbinin
açılışında səslənən fikirlərdən
biri də bu idi ki,
Azərbaycanın bütövlükdə
"yaşıl enerji"
məkanına çevriləcəyi
vaxta çox qalmayıb. İndiyədək
görülən işlər
əsas verir deyək ki, təkcə işğaldan
azad edilmiş ərazilərə Azərbaycanın
"yaşıl enerji"
vadisi demək olar. Prezident İlham Əliyev bu barədə belə
deyib: "Mən artıq rəsmi olaraq azad edilmiş
əraziləri "yaşıl
enerji" ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq
və nəhəng su, günəş və külək potensialından istifadə
edərək həmin
layihələri icra edəcəyik".
Z.ƏLİYEVA,
Azərbaycan.-2023.-
4 iyul.- S.7.