Azərbaycanı qüdrətli və sözükeçər edən
də budur
Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi
dövründə bizim
iradəmizə heç
kim təsir edə bilmədisə,
bu gün, təbii ki, heç kim təsir edə bilməz.
İlham ƏLİYEV
Siyasət təkcə
yüksək intellekt,
uzaqgörənlik, zəruri
biliklər, peşəkarlıq
və təcrübə
tələb etmir.
Siyasətdə həm
də:
* ənənə;
* varislik;
* qətiyyət və
prinsipiallıq;
* bütövlükdə möhkəm siyasi iradə olmalıdır!
Yaxın keçmişimizdə
Azərbaycana rəhbərlik
edənlərin qorxaqlığı
və naşılığı
səbəbindən başımıza
gətirilən müsibətlər
həm də zəif siyasi iradənin, daha doğrusu, iradəsizliyin nəticəsi idi.
Ə.Vəzirov SSRİ-nin ilk və
son prezidenti M.Qorbaçovun Azərbaycana
qoşun yeridilməsi
barədəki qərarına
müqavimət göstərə
bilmədi.
Nəticədə paytaxt
Bakıda 1990-cı ilin
20 Yanvar faciəsi
yaşandı.
Sovet ordusu öz xalqına güllə atdı, yüzlərlə ölən
və yaralanan oldu.
A.Mütəllibov adlarını
"demokrat" qoyan bir qrup cəbhəçi
- qaragüruhla bacarmadı.
Nəticədə onlar
parlament çevrilişi
yolu ilə iqtidara gələrək Azərbaycan xalqını
müsibətlərə düçar
etdilər.
Xəyanət yolu
ilə Şuşa və Laçını düşmənə verdilər, naşı
və səriştəsiz siyasət yürütdülər, ölkəni
xaos və anarxiya, qanunsuzluqlar bataqlığına
sürüklədilər.
İradəsizlik simvolu
sayılan Ə.Elçibəy
ortabab riyaziyyat müəllimi R.Qazıyevi
müdafiə naziri, ortabab fizika müəllimi T.Qasımovu
xarici işlər naziri, ortabab "obxss" İ.Həmidovu daxili işlər naziri, ortabab laborant P.Hüseynovu baş nazir, ortabab qəzet müxbiri Ə.Kərimovu dövlət katibi təyin etdi.
Nəticədə Azərbaycan
bir dövlət kimi məhvolma həddinə çatdırıldı,
vətəndaş müharibəsi
alovlandı.
Yalnız siyasət
nəhəngi Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə
qayıtdıqdan sonra
bütün işlər
öz yerini, öz axarını tapdı!
Onun simasında
bir daha əsl siyasətçinin
və yetkin siyasətin necə olmasının şahidinə
çevrildik!
***
Ulu Öndərin
Azərbaycan xalqına
məşhur və tarixi müraciətində
İlham Əliyevlə
bağlı maraqlı
bir fikir də var:
"O, dünya siyasətini
dərindən bilir!"
Artıq bütün
dünya buna şahiddir!
Bəli, Heydər
Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev yüksək biliyə, analitik intellektə, qətiyyət
və prinsipiallığa,
möhkəm və dönməz siyasi iradəyə malik xarizmatik liderdir!
İlham Əliyev
2003-cü ilin prezident seçkilərindən
dərhal sonra bir dövlət başçısı kimi çətin sınağa çəkildi.
O ərəfədə baş nazir kimi prezident səlahiyyətlərini də
icra edirdi.
Daxili və xarici xəyanətkarlar ölkədə yenidən
xaos və anarxiya yaratmaq, hakimiyyəti zəbt etmək üçün xaricdəki ağalarının göstərişi
ilə küçəyə
çıxdılar.
İnsanlara çağırışlar
etdilər, avtobusların
qarşısını kəsərək
sərnişinləri bayıra
çıxarmaqla öz
sıralarına qoşulmağa məcbur etməyə çalışdılar, "Azadlıq"
meydanını
"ələ keçirdilər",
tribunaya qalxdılar.
Lakin başı
bəlalar görmüş
Azərbaycan xalqı belələrinə qoşulmadı!
İlham Əliyev
isə qətiyyəti
və güclü siyasi iradəsi sayəsində hakimiyyət
hərislərini və
bu yolda hər xəyanətə hazır
olanları yerlərində oturtdu!
Azərbaycan xalqı
da, bütün dünya da gördü
ki, hakimiyyət sükanı möhkəm
və etibarlı əllərdədir!
***
Cənab İlham
Əliyev dövlət
başçısı kimi
fəaliyyətə başladığı
ilk gündən - Prezident kimi and içəndə işğala son qoyacağını, ölkənin
ərazi bütövlüyünü
bərpa edəcəyini
Azərbaycan xalqına
vəd, bütün dünyaya isə bəyan etdi!
Bunun üçün
zəruri olan bütün addımları
atdı, etibarlı təməl yaratdı!
* Daim Azərbaycan
xalqının maraqlarını
təmin edən müstəqil siyasət yürütdü!
* ATƏT-in Minsk
qrupu çərçivəsində
nəticəsiz danışıqları
davam etdirsə də, torpaqların hərbi yolla azad edilməsi istiqamətində yorulmadan
çalışdı!
* Beynəlxalq qurum
və təşkilatlarda
səmərəli iş
apardı, Azərbaycanın
siyasi nüfuzunu yüksəltdi, regionda
və dünyada söz sahibinə çevirdi!
* Qaçqın və
məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması üçün zəruri
tədbirlər gördü,
xalqın milli birliyini yaratdı!
* Hər hansı
dövlət və beynəlxalq təşkilat
tərəfindən ölkəmizə
hansısa formada müxtəlif təzyiqlərin
göstərilməsinə yol vermədi, Azərbaycanın ziyanına
olan heç bir sənədə imza atmadı!
Hərbi sahədə
də ciddi hazırlıqlar gördü:
* Yeni gənc nəsli tərbiyə etdi, idman arenalarında
ilkin sınaqlardan keçirərək, onların
iştirakı ilə
qüdrətli ordu yaratdı!
* Çox böyük
üzaqgörənliklə ordunu ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz etdi!
* Hərbi əməliyyatlara
başlamaq üçün
ən uğurlu və münasib vaxt seçdi!
* 44 günlük Vətən
müharibəsi dövründə
hərbi əməliyyatlara
məharətlə rəhbərlik
edərək xalqda və orduda ruh yüksəkliyinin, döyüş əzminin
qorunub saxlanılmasına
nail oldu!
* Ən yeni strategiya və taktika tətbiq etməklə hərbi əməliyyatların qısa
müddətdə, böyük
zəfərlə başa
çatmasını təmin
etdi!
* Ən az itki ilə ən
yüksək nəticəyə
nail oldu!
* Təbii relyef
baxımından çətin,
düşmənin ən
güclü və mürəkkəb müdafiə
istehkamları qurduğu
Ağdam, Laçın
və Kəlbəcər
rayonlarını bir güllə atmadan azad etdi!
* Hər üç
cəbhədə - həm
hərb meydanında, həm də diplomatiya və informasiya müharibəsində
şəksiz qələbə
qazandı!
* İrəli sürdüyü
şərtlər yerinə
yetirilməyənədək hərbi əməliyyatları
dayandırmadı!
* Düşmən ordusunu
məhv edərək qarşısında diz çökdürdü, kapitulyasiya
aktını imzalamağa
məcbur etdi!
* XXI əsrin müharibələr
tarixində yeni səhifə açaraq ortaya müasir müharibə nümunəsi
qoydu!
* Azərbaycan xalqını
qalib xalqa çevirərək milli mənliyini özünə
qaytardı, bir dövlət rəhbəri
və mahir sərkərdə kimi adını
tariximizin qızıl
səhifələrinə əbədi
həkk etdi!
***
Azərbaycan möhtəşəm
qələbə qazanaraq
ərazi bütövlüyünü
bərpa etsə də, mübarizə hələ də davam edir.
Diplomatik və hərbi-siyasi
sahədə:
* Dünyada gərgin
geosiyasi vəziyyət yaşanır;
* Bölgəmizdə
yeni təhdidlər mövcuddur;
* Hayastanda revanşist qüvvələr
baş qaldırırlar;
* Hayların
havadarları və müdafiəçiləri nəyəsə
nail olmaq üçün bütün vasitələrə
əl atır, dəridən-qabıqdan çıxırlar;
Müzəffər Ali
Baş Komandan İlham Əliyev bütün bunları görür və bilir, səbir və təmkin göstərir, nəyin nə vaxt və
necə baş verəcəyini dəqiq müəyyənləşdirərək zamanında və məqamında lazım
olanı edir!
Ordunun qüdrətinin
və döyüş
qabiliyyətinin artırılması
daim diqqət mərkəzində saxlanılır:
* Yeni silahların alınması
prosesi davam edir;
* Ölkəyə
yeni pulotsuz uçuş
aparatları gətirilir;
* Böyük
dağıdıcı qüvvəyə
və yüksək dəqiqliyə malik uzaqmənzilli
raketlər alınır;
* Yeni döyüş birləşmələri,
ilk növbədə, Komando
Qüvvələri yaradılır;
* Xüsusi
təyinatlıların say tərkibi
genişləndirilir;
* Dəniz
piyadalarının sayı
dəfələrlə artırılır;
* Dövlət
Sərhəd Xidməti,
Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi
Xidməti, Xarici Kəşfiyyat Xidməti kimi qurumlarda xidmət edənlərin sayı və döyüş keyfiyyəti
yüksəldilir!
Uğurlu iqtisadi siyasət, Azərbaycanın
iqtisadi imkanlarının
genişləndirilməsi bütün
bu məsələlərin
yüksək səviyyədə
icrasına imkan yaradır!
***
Ərazi bütövlüyünü
döyüş meydanında
bərpa edən Azərbaycan bu gün ordusunun qüdrətini artırmaqla
yanaşı, Qarabağ
və Şərqi Zəngəzurda sürətli
və genişmiqyaslı
bərpa və quruculuq işləri də aparır.
Bölgədə gündəliyi
müəyyən edən,
söz sahibi olan yenə də Azərbaycandır!
Azərbaycan yeni reallıqlar
yaradıb və hamını bu reallıqlarla hesablaşmağa vadar
edir!
Hayastanın özünün
və havadarlarının
dedikləri və istədikləri İlham Əliyevin
möhkəm siyasi iradəsi sayəsində havada qalır:
* ATƏT-in Minsk qrupu artıq tarixin arxivinə verilib!
* Status məsələsi lazım
olan yerə göndərilib!
* Laçında
sərhəd-buraxılış məntəqəsi yaradaraq
ölkəmizə kimin
gəlib-getməsini özümüz
müəyyənləşdiririk!
* Dünən
"Qarabağ Ermənistandır
və nöqtə"
söyləyənlər bu
gün Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin "Qarabağ
Azərbaycandır - nida"
sözlərini təkrarlayırlar!
Bütün addımlar
möhkəm iradə,
düşünülmüş siyasət və vahid proqram əsasında
atılır!
Heç kim bizim daxili işlərimizə
qarışa, burun soxa bilmir!
Biz daim ikili standartlara
qarşı mübarizə
aparmış, haqq-ədalət
tələb etmişik!
Biz erməni vandallığına
və vəhşiliyinə
göz yuman beynəlxalq qurum və təşkilatları
qınamış, obyektiv
olmağa çağırmışıq!
Biz Avropanın və
digər dövlətlərin parlamentlərində oturaraq
rüşvət müqabilində erməni maraqlarını qərəzli şəkildə müdafiə edən deputatları
ifşa etmişik!
Vaxtilə onlar
bizdən xəbərsiz və icazəsiz Xankəndiyə gəlir,
burunlarını daxili işlərimizə soxurdular!
Gələ bilirlərsə,
indi də gəlsinlər!
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi kimi şərtləri
də dönməz və dəyişməzdir:
* Paşinyanın Qarabağın Azərbaycana
məxsusluğu barədə etirafları kağız üzərində,
sülh müqaviləsində də əksini
tapmalıdır!
* Zəngəzur
dəhlizi açılmalı, gediş-gəliş sərbəst
olmalıdır!
* Xankəndidəki
Hayastana məxsus on min nəfərlik qanunsuz silahlılar
çıxarılmalıdır!
* Bütün
növ təxribatlara son qoyulmalıdır və onu törədənlər
bilməlidirlər ki,
hər əməllərinin cavabını dərhal
və artıqlaması ilə alacaqlar!
Biz qaliblərik!
Biz hələlik
özümüzü təmkinli aparırıq!
Ancaq səbrin də
hüdudu olur!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2023.-
5 iyul.- S.1;3.