"Azərbaycan ilə ABŞ arasında əlaqələr bir sıra sahələrdə
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib"
Amerika Birləşmiş Ştatlarının
Prezidenti Zati-aliləri
cənab Cozef Baydenə
Hörmətli cənab
Prezident,
Amerika Birləşmiş
Ştatlarının milli
bayramı – Müstəqillik
Günü münasibətilə
Sizi və Sizin simanızda dost Amerika xalqını
öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatları
arasında əlaqələr
dostluq və əməkdaşlıq zəminində
dinamik inkişaf edərək bir sıra sahələrdə
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
Qlobal çağırışlara,
beynəlxalq terrorizmə
qarşı mübarizə,
təhlükəsizlik məsələlərində
fəal və səmərəli birgə
işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı
fəaliyyətimiz ikitərəfli
münasibətlərimizi səciyyələndirən
başlıca amillərdəndir.
Enerji sahəsindəki
əhəmiyyətli əməkdaşlığımız
məmnunluq doğurur.
Birləşmiş Ştatlar
Azərbaycanın enerji
strategiyasını bütün
mərhələlərdə qətiyyətlə və
davamlı şəkildə
dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin
təmin olunmasında
ölkələrimizin sıx
əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın
hərtərəfli dəstəyini
xüsusi dəyərləndiririk.
Hazırda Cənubi
Qafqazda davamlı sülhün bərqərar
olması üçün
əlverişli şərait
formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri
əsasında sülh
müqaviləsinin hazırlanması
prosesində ABŞ-ın
səylərini yüksək
qiymətləndiririk.
Hörmətli cənab
Prezident,
Bu gün biz bir sıra
sahələrdə qarşılıqlı
fəaliyyətimizin böyük
potensialından yararlanaraq
ABŞ-la əlaqələrimizi
daha da genişləndirmək
əzmindəyik. Əminəm
ki, qarşılıqlı
etimad və dəstəyə əsaslanan
Azərbaycan-ABŞ tərəfdaşlığının
inkişafı və möhkəmləndirilməsi yolunda
birgə səylərimizi
dövlətlərimizin maraqları
və xalqlarımızın
mənafeyi naminə bundan sonra da
ardıcıl şəkildə
davam etdirəcəyik.
Fürsətdən istifadə
edərək bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, Amerika Birləşmiş Ştatlarının
dost xalqına daim rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyul 2023-cü il
Azərbaycan.-2023.-
5 iyul.- S.1.