Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin 25 illiyinə
həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına
Hörmətli konfrans
iştirakçıları!
Konstitusiya Məhkəməsinin
hörmətli hakimləri
və əməkdaşları!
Sizi Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin 25 illiyinə
həsr olunmuş “Konstitusiya normalarının
tətbiqi vasitəsilə
qanunvericiliyin inkişafı”
mövzusunda beynəlxalq
konfransın açılışı
ilə əlaqədar
səmimi-qəlbdən salamlayıram.
Konstitusiya Məhkəməsinin
hazırkı yubileyi Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin
simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanaraq
1995-ci ildə qəbul
edilmiş Azərbaycan
Respublikasının Konstitusiyasında
Konstitusiya Məhkəməsinin
əsas səlahiyyətləri,
bu təsisatın dövlət hakimiyyəti
orqanları sistemində
mühüm yeri və rolu müəyyən
olunmuşdur.
Ötən illər
ərzində Konstitusiya
Məhkəməsi səmərəli
fəaliyyəti ilə
və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası
Konstitusiyasının aliliyinin
təmin edilməsinə,
insan hüquq və azadlıqlarının
müdafiəsinə, milli
qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun
olaraq, Konstitusiyanın
müddəaları nəzərə
alınmaqla təkmilləşdirilməsinə,
cəmiyyətdə hüquq
mədəniyyətinin və
müxtəlif sahələrdə
hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli
töhfə vermişdir.
Əminəm ki,
Konstitusiya Məhkəməsi
bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin
həyata keçirilməsində
səylərini əsirgəməyəcəkdir.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə
təbrik edir, konfransın işinə müvəffəqiyyətlər arzu edirəm!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
03 iyul 2023-cü il
Azərbaycan.-2023.-
5 iyul.- S.1.