Qərbi
Azərbaycan İcmasının
altı ayda gördüyü işlər
müzakirə olunub
Qərbi Azərbaycan
İcmasının 6 aylıq
hesabatı dinlənilib.
İcmanın mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qərbi Azərbaycan İcmasının 2023-cü ilin
birinci yarısına dair fəaliyyəti ilə bağlı məlumat verən İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli
əvvəlcə qurumun
yaradılması tarixi
barədə danışıb.
Bildirilib ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti
olaraq yaradılan, ötən il avqustun 3-də Qərbi Azərbaycan İcması olaraq yenidən təşkilatlandırılan İcmanın
6 aylıq fəaliyyətində
ən parlaq səhifə ötən il dekabrın 24-də Prezident İlham Əliyevin İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı
ilə görüşü
olub. Dövlətimizin
başçısı bu
görüşdə Qərbi
azərbaycanlıları daha
da ruhlandıran çıxışı zamanı
həm də İcmanın əsas sənədi olan Qayıdış Konsepsiyasının
hazırlanmasına dair
fikirlərini səsləndirib.
Bu istiqamətdə dərhal hazırlıqlara
başlanılıb və
ictimaiyyətin də geniş iştirakı ilə hazırlanan Konsepsiya bu il
yanvarın 26-da qəbul
edilib.
Sonra İcmanın
ölkə daxilində
və beynəlxalq istiqamətdə fəaliyyətinə
dair geniş təqdimat olub, keçirilən iclaslara, mühüm tədbirlərə
toxunulub. Qeyd edilib ki, İcmanın
tərkibində Elm komissiyasının yaradılması,
bölgələrdə nümayəndəliklərin
fəaliyyətə başlaması,
rayon və kənd icmalarının toplantılarının keçirilməsi
təşkilatlanma prosesində
mühüm rol oynayır.
Xarici əlaqələrə
toxunan Ə.Ələkbərli
Qayıdış Konsepsiyamız
da daxil olmaqla, İcmanın BMT-də 4 sənədinin bu təşkilatın rəsmi sənədi kimi yayıldığını
vurğulayıb, nüfuzlu
beynəlxalq təşkilatlara
edilən müraciətlər,
onlardan geri alınan cavablar (UNESCO, Aİ)
barədə danışıb,
Berlində İcmanın
rəhbər heyəti
ilə dünyanın
müxtəlif yerlərində
yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın
görüşündən bəhs edib. Bildirilib ki, İcmanın beynəlxalq
istiqamətdə fəaliyyətinin
əsas məqsədi
soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz
şəkildə və
ləyaqətlə qayıtmasının
təmin edilməsi prosesinə dəstək verilməsidir. Əziz Ələkbərli İcmanın
həm daxili, həm də xarici istiqamətdə intensiv fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Sonra İcma sədrinin müavini, deputat Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov, Nəzarət-Təftiş komissiyasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, deputat Ramin Məmmədov və Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov hesabatı yüksək dəyərləndirdiklərini bildirib, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlərə toxunublar.
Azərbaycan.-2023.-
5 iyul.- S.4.