Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil
Fransada qarışıqlıqdır.
Polisin 17 yaşlı yeniyetməni qətlə yetirməsi ilə başlanan etiraz aksiyaları günlərdir
ki, səngimək bilmir. Etirazçılar Parisi oda qalayıblar.
Fransanın tüstüsünün
"təpəsindən çıxdığı"
bir zamanda Prezident Emmanuel Makronun əhalinin qarşısına keçib
ölkəsində asayişi
bərpa etmək, etirazçıların tələblərini
dinləmək əvəzinə,
Marselə gedərək
erməni icması ilə görüşməsi
olduqca qəribə və əcaib görünür. Görəsən,
ölkəsində xaosun,
hakimiyyətsizliyin hökm
sürdüyü, etiraz
dalğasının bütün
ölkəni bürüdüyü bir vaxtda ermənilərlə
görüşü "vacib"
edən nə idi? Makronu nə
vadar edib ki, görüşdə Azərbaycan əleyhinə
açıq-aşkar, heç
bir siyasi-diplomatik əxlaq normasına sığışmayan fikirlər
səsləndirsin? Öz
ölkəsində nizam-intizam
yarada bilməyən, ölkəsini qana sürükləyən, hakimiyyətdə
olduğu müddətdə
Fransanı bərbad vəziyyətə salan Makronun, necə deyərlər, özü
üçün "umac
ova" bilmədiyi bir məqamda ermənilər üçün
"əriştə kəsmək"
həvəsinə düşməsinə
nə səbəb olub? Ermənilərlə görüş zamanı Makron dəridən-qabıqdan
çıxaraq "Mən
İlham Əliyevə
Nikol Paşinyanın özündən daha çox təzyiq göstərmişəm və
göstərəcəyəm. Qarabağ məsələsində
mövqeyim dəyişməzdir,
bu məsələdə
qətiyyətimə şübhə
etməyin. Beynəlxalq
aləmdə bu məsələni gündəmdə
saxlamaq üçün
səylərimi davam etdirəcəyəm", - deməsi
nədən xəbər
verir. Hətta görüş zamanı Fransa Prezidenti az qala xaça
and içib erməniləri inandırmağa
çalışır ki,
"bu məsələni
dünyada təkcə
o olsa da diqqətdə saxlayacaq".
Makronu nə danışdırır?
Görünən budur
ki, baş verən hadisələrin gərginliyindən Makron olan-qalan məntiqini də itirib. Belə olmasaydı, bu cür gülünc,
sərsəm fikirlər
səsləndirməzdi. Qeyd
etdiyimiz kimi, görüşdə Makron
iddia edir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq edib. Bir soruşan
lazımdır: "Ay zavallı, Paşinyanın İlham Əliyevə harada təzyiq etmək imkanı və gücü olub ki, ondan danışıb
özünü də
onunla müqayisə edirsən? Danışıqlar
prosesinə özünü
pərçim etmək
üçün girmədiyin
cild, taxmadığın
maska qalmayıb. Hər dəfə də İlham Əliyevin sərt, qəti mövqeyi ilə rastlaşıb oturduğun yerdə oturmusan. Sülaləniz yığışsa Azərbaycan
Prezidentinə təzyiq
edə bilməzsiniz".
Makronun çıxışından
sonra erməni lobbisi mütləq anlamalıdır ki, Prezident İlham Əliyevə edilən təzyiqin həcmi Paşinyanla müqayisə
olunursa, dolayısı
ilə bu, Makronun etirafıdır. Yəni Paşinyanın İlham Əliyevə heç bir təzyiq etmək imkanı və gücü olmadığı
kimi, Makronun da
yoxdur. Başqa sözlə, bu, mümkün deyil və heç vaxt olası iş də deyil.
Sual oluna bilər
ki, onda Makronu danışdıran nədir? İlk ağla gələn
budur ki, Makron prezident seçilərkən erməni lobbisi
qarşısında "ciddi öhdəlik"lər
götürüb. İndi də
ona maddi dəstək verən ermənilər ondan hesabat
tələb edirlər. Daha doğrusu, verdiklərinin
haqqını istəyirlər. Bu səbəbdən də
Makron özünü "sübut" etməyə, sədaqətini
sona qədər isbatlamağa çalışır. Hətta
ağ yalanlar uydurmaqdan belə çəkinmir.
Makronun bu
düşük hərəkətləri Fransa kimi bir dövlətin
prezidentinin çıxışından çox, miskin duruma
düşmüş zavvallının özünü xilas etmək
üçün etdiyi çabaya bənzəyir. Bu səbəbdən
də fransız xalqından çox toruna
düşdüyü erməni lobbisi qarşısında
özünü doğrultmağa, haqq qazandırmağa
çalışır.
Kənardan
çox qəribə görünür: Ermənistan tərəfindən
Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi,
Qarabağın Azərbaycanın tərkib hissəsi kimi
tanınması fonunda Fransa Prezidentinin bu hərəkətlərinə
başqa cür qiymət vermək də mümkün deyil.
Bizdə buna "anası dura-dura xalasının ürəyi
gedir" deyirlər.
Bunu bilməyən
yoxdur ki, illərdir Qarabağda münaqişə
ocağını görükləyən dövlətlərin
başında Fransa durur. O Faransa ki illərdir özünü
Qarabağ münaqişəsinə "vasitəçi tərəf"
kimi pərçim edərək "məsələni
sülh yolu ilə həll etməyə
çalışan",
işğal olunmuş ərazilərdə istehkamlar tikən,
özünün beynəlxalq aləmdəki mövqeyindən
istifadə etməklə problemin həllinə birbaşa mane
olurdu.
44 günlük Vətən
müharibəsində Azərbaycanın qazandığı qələbədən
sonra Emmanuel Makron artıq simasını gizlədə bilmir,
maraqlı tərəf olduğunu açıq şəkildə
nümayiş etdirir, siyasi naşılığı
ucbatından Fransa kimi bir dövlətin siyasi nüfuzuna ciddi xələl
gətirməklə yanaşı, bu dövlət proseslərdən
kənarda qalıb, afsayt vəziyyətinə
düşüb. Təəccüblüsü budur ki, Makron
bütün bunlardan dərs çıxarmaq əvəzinə
hələ də anlamayıb ki, Azərbaycan onun təzyiq edə
biləcəyi ölkə deyil.
Biz artıq
Fransanı yaxşı tanıyırıq. Bu həmin
Fransadır ki, 44 günlük Vətən müharibəsi
zamanı Azərbaycanın əleyhinə BMT-də qətnamə
qəbul olunması üçün dəridən-qabıqdan
çıxırdı. Anladıq ki, indiyə kimi "vasitəçi"
cildinə girmiş Fransa Prezidenti ədalətdən tamamilə
uzaq düşüb, vasitəçi olmaq haqqını
çoxdan itirib. Ara qarışdırmaqla, dünyada Azərbaycan
əleyhinə feyk xəbərlər yaymaqla məşğuldur.
"Dostunu
göstər, kim olduğunu deyim"
Əbəs yerə
müdrüklərimiz deməyiblər ki, "Dostunu göstər,
kim olduğunu deyim". Fransa-Ermənistan dostluğunun
kökündə maddi bağlılıqdan başqa, "mənəvi"
tellər də başlıca rol oynayır. Bu iki bacını
ruh əkizləri də adlandırmaq olar. Fransızlar Əlcəzairdə,
Mərakeşdə, Tunisdə,
Suriyada, Liviyada
küçələri insan qanı ilə suvarıblar.
Təkcə Əlcəzairdə 10 milyondan çox insanı
insanlığa sığmayan vəhşiliklə qətlə
yetiriblər. Fransızların Afrikada törətdikləri vəhşilikləri
ermənilər Xocalıda təkrar etdilər, ermənilər
də fransızların Afrikada etdikləri kimi,
öldürdükləri insanların cəsədlərini
tanınmaz hala saldılar. Əsirlərə, girov
götürdükləri insanlara amansız işgəncə verib diri-diri
torpağa gömürdülər.
Özünü
"mələk" qismində göstərmək istəyən
Fransa hələ bu gün də
müstəmləkəçilik niyyətlərindən
əl çəkməyib. Dünyanın indiki
zamanında Fransanın Karib dənizi sahillərində hələ
də müstəmləkələri var. Haiti və Fransa
Qvianası, Guadeloupe və
Martinique, Şərqi Afrikada isə Cibuti hələ də
Fransanın əsarətindədirlər.
Həyat başa
düşənlər, anlayanlar üçün bir məktəbdir.
Nə yazıq ki, Hayastanın rəhbərləri
başına gələn müsübətlərdən hələ
nəticə çıxarmamış kimi görünür,
Makronun çaldığı havaya oynayırlar. Ermənistan
rəhbərliyi, erməni ictimaiyyəti anlamalıdır ki,
30 ildir başına gələn bəlaların əsas səbəbkarlarından
biri də Makron kimilərdir. Bundan sonra da hakimiyyətə gəlmək
üçün erməni lobbisinə əsir düşən
Makron kimisinin göstərdiyi yolla gedəcəklərsə, fəlakətlərdən
qurtula bilməyəcəklər.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.- 5 iyul.- S.4.