YAP Mərkəzi Aparatında Malayziyanın
Birləşmiş Malay
Milli Təşkilatının
nümayəndələri ilə
görüş keçirilib
İyulun 4-də Yeni
Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatında
ölkəmizdə səfərdə
olan Malayziyanın Birləşmiş Malay Milli Təşkilatının
(UMNO) nümayəndə heyəti
ilə görüş
keçirilib.“Yeni Gundem” xəbər verir ki, qonaqları
salamlayan YAP Sədrinin
müavini-Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov Malayziyanın Azərbaycan üçün
dost ölkə olduğunu bildirib. Bu il iki
ölkə arasında
diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin
qeyd olunduğunu xatırladan YAP Sədrinin
müavini Azərbaycanla
Malayziya arasında müxtəlif sahələri
əhatə edən qarşılıqlı faydalı
münasibətlərin inkişafı
üçün geniş
imkanların olduğunu
diqqətə çatdırıb.
Tahir Budaqov qeyd edib ki,
hər iki ölkə ikitərəfli
əlaqələrlə yanaşı,
Qoşulmama Hərəkatı
çərçivəsində də fəal əməkdaşlıq edir.
Eyni zamanda, Malayziya hər zaman Azərbaycanın haqq işini, ölkəmizin ərazi bütövlüyünü və
suverenliyini dəstəkləyib,
dövlət səviyyəsində
bəyanatlar yayıb.
YAP Mərkəzi Aparatının
rəhbəri qarşılıqlı
səfərlərin önəminə
toxunaraq iki ölkə arasında fəal siyasi dialoqun iqtisadi-ticari əlaqələrin inkişafı
üçün möhkəm
zəmin yaratdığını
söyləyib.
Tahir Budaqov siyasi partiyaların əməkdaşlığının Azərbaycan-Malayziya işbirliyinin
dərinləşdirilməsinə mühüm töhfə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki,
Bakıda YAP-ın ev sahibliyi ilə
keçirilən ICAPP-ın
bir sıra tədbirlərində, o cümlədən
2022-ci il noyabrın
22-də “Təhlükəsizlik və əməkdaşlıq:
Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında
UMNO-nun da daxil olduğu Malayziyanın iqtidar koalisiyasında yer alan siyasi partiyaların
nümayəndələrinin iştirak etməsi ikitərəfli və çoxşaxəli əlaqələrin
inkişafına təkan
verib. Tahir Budaqov parlamentlərarası
əlaqələrin genişləndirilməsinin
də əhəmiyyətindən
bəhs edib və bu sahədə
təmasların sıxlaşdırılmasının
önəmli olduğunu
vurğulayıb.
Yüksək diqqətə
və qonaqpərvərliyə
görə minnətdarlığını
bildirən Malayziyanın
Cohor ştatının
naziri, UMNO Gənclər
Birliyinin rəis müavini Mohd Hairi Bin Mad
Shah Azərbaycana səfər etməkdən
məmnunluğunu ifadə
edib. O qeyd edib ki, Malayziya
Azərbaycanla əlaqələrin
inkişafına böyük
önəm verir.
Mohd Hairi Bin Mad Shah
hazırda 3 milyondan çox üzvü olan UMNO-nun fəaliyyəti
haqqında məlumat verib və bu
siyasi partiyanın Malayziyanın müstəqillik
qazandığı 1957-ci ildən
ölkənin əsas
hakim partiyası olduğunu diqqətə çatdırıb. O, təmsil
etdiyi təşkilatın
Yeni Azərbaycan Partiyası ilə çoxşaxəli əlaqələrin
qurulmasında və inkişafında maraqlı
olduğunu bildirib. Mohd Hairi Bin
Mad Shah YAP-ın gənclər siyasəti sahəsində
təcrübəsinin onlarda
xüsusi maraq doğurduğunu və bu istiqamətdə qarşılıqlı fikir
mübadiləsinin aparılmasının
böyük önəm
daşıdığını vurğulayıb.
Görüşdə, həmçinin YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov, Malayziya xarici işlər nazirinin siyasi katibi Akmal
Zharif Bin Ahmad Kamal və
UMNO-nun Qadınlar Birliyinin kommunikasiyalar üzrə sədri Rosni Binti Zahari
çıxış edərək
partiyalar arasında münasibətlərin inkişafı
və iki ölkə gənclərinin
qarşılıqlı əlaqələrinin
genişləndirilməsi ilə
bağlı fikirlərini
bildiriblər.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Azərbaycan.-2023.-
5 iyul.- S.4.