Tanınan
soyadın tanınmayan
nümayəndəsi
Dövlət Tarix
Arxivində Aleksandrinski
qadın rus-müsəlman
məktəbinin məzunu,
dövrünün tanınmış
qadın pedaqoqlarından
sayılan Qumru xanım Molla Məhəmməd qızı
Nərimanovanın həyat
və pedaqoji fəaliyyəti haqqında
xeyli sənədlər
qorunub saxlanılır.
Arxivin “Bakı - Dağıstan xalq məktəblərinin rəhbərliyi”
adlı 309 saylı fondunda bu maarifçi
xanımın şəxsi
işi mövcuddur.
Q.Nərimanova Azərbaycanın
görkəmli ictimai-siyasi
və dövlət xadimi N.Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir.
Azərbaycanın bir sıra digər qadın pedaqoqları kimi Qumru xanımın
da həyat və pedaqoji fəaliyyəti demək olar ki, indiyə
qədər kifayət
qədər öyrənilməmişdir.
Doğrudur, tarix elmləri doktoru Sabir Gəncəlinin vaxtilə işləyib hazırladığı və
2001-ci ildə “Azərbaycan”
nəşriyyatında işıq
üzü görmuş
“Qadın, Gözəllik
və Ülviyyət”
adlı ensiklopedik toplunun “Nərimanovlar soyadının davamçıları”
adlı bölməsində
Q.Nərimanova haqqında
müəyyən məlumatlar
qeyd edilmişdir. Lakin XX əsrin əvvəllərində fəaliyyət
göstərmiş bir
sıra digər qadın pedaqoqlar kimi bu xanım
haqqında da cəmiyyətimizdə demək
olar ki, kifayət qədər məlumat yoxdur. İndiyədək dərc
olunmuş ensiklopediyalarda
və ya digər kütləvi nəşrlərdə onun
adına rast gəlinmir. Halbuki Qumru xanım Nərimanovanın pedaqoq olaraq Azərbaycanda qadın və qızların məktəbə
cəlb edilməsində,
onların savadlanmasında,
savadsızlığın aradan
qaldırılmasında, eləcə
də mədəni-maarif
işinin inkişafında
rolu və xidmətləri olmuşdur.
Qumru xanım ömür yoldaşı ilə birlikdə Bakıda və İmişlidə yaşadıqları
zaman bir sıra orta məktəblərdə pedaqoji
fəaliyyətini davam
etdirmişdir. O, ömrünün
yarım əsrdən
artıq bir dövrünü mədəni-maarif
işi ilə məşğul olmuş,
hətta “Lenin” ordeninə layiq görülmüşdür.
Arxiv materiallarını
araşdırarkən Qumru
xanım Nərimanovanın
həyatı və pedaqoji fəaliyyəti haqqında müəyyən
sənədlər aşkar
edilmişdir. Qumru xanım 1892-ci il noyabrın 3-də Tiflisdə
anadan olmuşdur. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası
sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin
Xalq Məktəblərinin
direktoru A.S.Tixorjevskiyə
ünvanladığı 3 yanvar
1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün
19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində
müəllimə vəzifəsinə
Qumru xanım Nərimanovanı seçmişdir.
Həmin məktubda müəyyən məlumatlar
da təqdim edilirdi: “Milliyyətcə tatarkadır (yəni azərbaycanlı qızdır
- R.S.), şiə məzhəblidir,
20 yaşı var,
1908-ci ildə Bakı
Aleksandrinski qadın rus-müsəlman məktəbinin
təlim kursunu bitirmişdir. Kladbişenskoy
və Pozenovskoy küçələrinin tinindəki
Cəfərovların 10 nömrəli
evində yaşayır”.
Digər arxiv sənədində göstərilirdi
ki, Qumru xanım Nərimanova 18 fevral 1915-ci ildə Bakı şəhərində
Xalq məktəblərinin
Bakı-Dağıstan Direksiyasının
2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə
ərizə ilə müraciət edərək
ailə vəziyyətindəki
dəyişiklik haqqında
məlumat təqdim etmişdir. Bildirirdi ki, 1915-ci il fevralın 5-də Şuşa
şəhər sakini
Həbib Kərbəlayi
Əli oğlu Kərimovla qanuni nikaha daxil olub.
O, taleyini Almaniyada ali mühəndis təhsili almış görkəmli mütəxəssis
Həbib Kərimovla bağlamışdır. Həbib
bəy Azərbaycanda süd-pendir müəssisələrinin
əsasının qoyulmasında
və inkişafında
böyük rol oynamışdır. Qumru xanım da ömür
yoldaşı ilə birlikdə Bakıda, İmişlidə yaşadıqları
illərdə xalq maarifi işində çalışmış, bir
sıra orta məktəblərdə Azərbaycan
dilindən dərs demişdir. Onların bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlmişdi.
Qumru xanım Nərimanova H.Z.Tağıyevin
rus-müsəlman qız
məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən
Hənifə xanım
Məlikova, Məryəm
xanım Sulkeviç,
Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərmişlər. Yeri
gəlmişkən qeyd
edək ki, Azərbaycanda milli ziyalı qadın elitasının yaranmasında,
maarifçilik tariximizdə
dünyəvi qadın
təhsilinin inkişafında
H.Z.Tağıyevin təşkil
etdiyi ilk müsəlman qız məktəbinin böyük
xidmətləri danılmazdır.
Bu məktəbi bitirmiş onlarla azərbaycanlı qız sonrakı dövrlərdə
xalqımızın mədəni
tərəqqisində, o cümlədən
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil
siyasətinin həyata
keçirilməsində yaxından
iştirak etmişdir.
Keçmiş Rusiya İmperiyasında müsəlman
qızlar üçün
ilk dəfə olaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda
açılmış məktəbin
fəaliyyəti 1918-ci ilin
martında daşnak-bolşevik
dəstələri tərəfindən
azəbaycanlılara qarşı
törədilmiş soyqırımı
zamanı dağıdılmışdır.
Cümhuriyyət dövründə
də bu məktəbi bərpa etmək mümkün olmamışdı. Lakin bütün bunlara baxmayaraq, danılmaz bir faktdır ki, XX əsrin əvvəllərində yetişən
ziyalı azərbaycanlı
qadınların böyük
əksəriyyəti bu
məktəbin pedaqoqları
və məzunları
idilər. Ölkəmizdə
qızların və qadınların məktəbə,
təhsilə cəlb
edilməsində qadın
təhsilinin inkişafında
rolu və iştirakı olmuş maarif fədailərinin, o cümlədən Qumru xanım Nərimanovanın
da xidmətləri xalqımız tərəfindən
unudulmur, böyük hörmət və ehtiramla yad edilir.
Qumru xanım ictimai-mədəni həyatda
da fəal olmuş, dəfələrlə
Bakı şəhər
Sovetinə deputat seçilmişdir.
Rafiq SƏFƏROV,
Milli Arxiv
İdarəsinin baş
məsləhətçisi
Azərbaycan.-2023.-
5 iyul.- S.6.