Akademik Milli Dram Teatrı
150-ci teatr mövsümünü
“Qarabağnamə” tamaşası
ilə başa vurub
Teatrın bədii
rəhbəri, Əməkdar
incəsənət xadimi
Mehriban Ələkbərzadə
və teatrın direktor əvəzi, Əməkdar mədəniyyət
işçisi İlham
Əsgərov yaradıcı
heyətlə görüşüb,
məzuniyyətə yollanan
truppa üzvlərinə
xoş istirahətlər
arzulayıblar. Qeyd olunub ki, yeni
mövsümdə - ilin
sonunadək Akademik Milli Dram Teatrında
üç yeni tamaşanın premyerası
keçiriləcək.
Yeni yaradıcılıq
işləri Çingiz
Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun
“Sənsiz” və Xalq yazıçısı
Anarın “Dantenin yubileyi” əsərləridir.
2024-cü ildən isə
kollektiv dünya və Azərbaycan dramaturgiyasının ən
maraqlı nümunələri
ilə tamaşaçıların
görüşünə gələcək.
“Qarabağnamə” tamaşası
Xalq yazıçısı,
görkəmli dramaturq
İlyas Əfəndiyevin
“Hökmdar və qızı” əsəri əsasında hazırlanıb.
Tamaşanın rejissoru
Xalq artisti Mərahim Fərzəlibəyov,
quruluşçu rəssamı
İsmayıl Məmmədovdur.
Səhnə əsərində
XVIII əsrdə Qarabağ
xanlığının mərkəzi
olan Şuşada baş vermiş tarixi hadisələrdən
və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından
bəhs edir.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Akademik Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.
Azərbaycan.-2023.- 5 iyul.- S.6.