Turistlər
ölkəmizə gəlməkdən
məmnundurlar
Xüsusən də yay aylarında
Turizm həvəskarları
üçün Azərbaycanda
ilin bütün fəsilləri maraqlıdır.
Amma təbii ki, yay fəslinin
öz gözəlliyi
var. Bəlkə buna görədir ki, hər il
yay aylarında ölkəmizə gələn
xarici turistlərin sayında kəskin artım müşahidə
olunur.
Onlar tarixi abidələri seyr etmək, muzey və sərgilərdə
olmaqdan zövq almaqla, Xəzərin mirvari boyunbağısı
adlandırılan Bakı
bulvarında gəzintidə
olmaqdan, Novxanı, Buzovna və Şıxov çimərliklərində
dincəlməkdən ləzzət
alırlar. Buna görə cari ilin əvvəlindən, daha doğrusu, martda keçirdiyimiz Novruz bayramından bu yana Azərbaycana
dünyanın 179 ölkəsindən
1 milyon 603 mindən çox əcnəbi və vətəndaşlığı
olmayan qonaq gəlib. Bu sırada Rusiya, Çin, İsrail, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı
və Orta Asiya ölkələrindən
gələnlər çoxluq
təşkil edir. Bu barədə İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri
Eli Kohen cari il aprelin
19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. Azərbaycana geniş nümayəndə heyəti
ilə səfər edən İsrailin xarici işlər naziri turizm sahəsində
əlaqələrə toxunaraq
ölkəsindən Azərbaycana
gələn turistlərin
sayının artmaqda olduğunu qeyd edib.
Ekspertlərin fikrincə,
turistlərin sayında
artımın olması
həm də Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərin,
“Formula-1” kimi maraqlı
idman yarışlarının,
mədəniyyət və
incəsənət ustalarının
konsertləri ilə bağlıdır. Çünki
turistlər gəzintidə
olduqları müddətdə
bu kimi tədbirlərə
vaxt ayırmağa xüsusi üstünlük
verirlər.
Quba və Qusar rayon Turizm
İnformasiya mərkəzlərindən
aldığımız məlumata
görə, əvvəlki
illərdən fərqli
olaraq bu il Qubaya turistlərin
gəlişində daha
çox artım müşahidə olunub. Şimal bölgəsinin əsas turizm mərkəzlərindən biri
olan Qusar, onun kənd və qəsəbələrinə
yerli və xarici turist sayında
da xeyli artım var. Rayona Rusiya, Dağıstan, Qazaxıstan
və Özbəkistandan
gələn qonaqlar çoxluq təşkil edir. Avaran kənd sakini Şahlar Səfərov deyir ki, bu
yerlərə bir dəfə gələn əcnəbi turistlər növbəti illərdə
də Qusarı seçirlər. Onu da bildirək ki, havalar istilənəndən
Xəzər sahilinə
- Nabrana istirahətə
gələnlər daha
çoxdur.
Məlumdur ki, Azərbaycan Sağlamlıq
və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizdə
həyata keçirilən
turizm siyasətini dəstəkləyir və
Azərbaycanda sağlamlıq
turizminin daha da inkişaf etdirilməsinə töhfə
vermək üçün
əlindən gələni
edir. Xatırladaq ki, Azərbaycan
10 ildən artıqdır
ki, Dünya Sağlamlıq Turizmi Təşkilatında (Global Helathcare
Travel Council - GHTC) təmsil olunur. 2014-cü ildən isə təşkilatın
idarə heyətində
fəaliyyət göstərir.
Məqsəd GHTC-nin geniş imkanlarından istifadə edərək ölkəmizə turist axınına səbəb
olacaq fəaliyyətləri
gücləndirmək, ekspert
xidmətləri və
investisiya imkanlarını
dəyərləndirməkdən ibarətdir.
Günün qızmar
çağlarında təbii
olaraq turistlər təbiətin seyrinə çıxmağı, çəmənlikdə,
çay kənarında,
meşədə, ağac
kölgəsində, bulaq
başında dincəlməyə
üstünlük verirlər.
Qonaqların böyük
həvəslə üz
tutduqları belə ünvanlardan biri də 2020-ci ilin noyabrında 29 illik işğaldan azad edilən Şuşa şəhəridir. Xatırladaq
ki, Qarabağın başının tacı olan qədim Şuşa erməni əsirliyindən azad ediləndən sonra burada dövlət səviyyəsində bərpa-quruculuq
işləri aparılır,
yeni turizm marşrutları açılır. Artıq Şuşaya Dövlət
Turizm Agentliyi tərəfindən ayrı-ayrı
layihələr formatında
turizm səfərlərinə
də başlanılıb.
İki və üç günlük turlarda turistlərə Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi,
Yuxarı Gövhər
ağa məscidi, “Güllələnmiş Heykəllər”
meydançası, Şuşa
qalası, Şuşanın
“Gəncə” qapıları
və “Xarıbülbül”
simvolu, “Qazançı”
kilsəsi, Şuşa
“Realnıy” məktəbi
kimi tarixi abidələrlə tanışlıq
imkanı təqdim olunur.
Azərbaycanın təkrarsız
turizm bölgələrindən
biri də Kəlbəcərdir. 30 illik
işğaldan sonra azadlığa çıxan
Kəlbəcərdə bərpa-quruculuq
işləri tamamlandıqdan
sonra rayon yenidən öz turizm şöhrətini bərpa edəcək və yenidən nəinki yerli, həm də xarici turistlərin ən çox üz tutduqları məkanlardan biri olacaq. Kəlbəcər möhtəşəm təbiəti,
əlverişli relyefi,
tarixi abidələri,
mineral suları ilə məşhurdur. Ekspertlərin fikrincə, Kəlbəcərdə
elə mineral su yataqları var ki, onlar
bir çox xəstəliklərin müalicəsində
istifadə üçün
çox faydalıdır.
44 günlük Vətən
müharibəsində erməni
işğalından azad
edilən Kəlbəcərdə
bu gün həyata keçirilən
bərpa işləri
çərçivəsində turizm infrastrukturu da yaradılır, o sırada beynəlxalq hava limanı tikilir. Təbii ki, bütün bunlar reallaşdıqdan sonra Kəlbəcər yenidən turistlərin sevimli ünvanına çevriləcək.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.-
5 iyul.- S.6.