Fransadakı
etirazlar Avropa miqyasında təhlükə
yaradır
Fransada baş verən hadisələr Emmanuel Makron siyasətinin tam iflasa uğramasının
və ölkədəki
dərin böhranın
nəticəsidir. Əlcəzairli
yeniyetmənin polis tərəfindən vəhşicəsinə
və soyuqqanlı şəkildə öldürülməsi
bu dövlətin öz vətəndaşlarına
olan münasibətini
göstərir. Makron hakimiyyətinin demokratiya və tolerantlıq kimi dəyərləri artıq unutduğuna şübhə yoxdur.
Qeyd edək ki, bu ölkədə
aparılan araşdırma,
şəxsiyyəti təsdiq
edən sənədlərin
yoxlanılması üçün
polisin qaradərili və ya ərəbəsilli
gəncləri dayandırmaq
ehtimalının iyirmi
dəfə çox olduğunu göstərib.
Təkcə 2022-ci ildə
polis onlardan 13 nəfəri güllələyərək
öldürüb. Hakimiyyət
qurbanların irqi və etnik mənşəyini
açıqlamır. Qrenobl
Universitetinin sosioloqu Sebastyan Roş deyir ki, polis
məmurlarına tabe olmaqdan imtina etdiyi üçün öldürülənlər arasında
etnik azlıqların nümayəndələrinin sayı
xeyli coxdur.
Fransada baş verən iğtişaşların
BMT-nin İnsan Haqları İdarəsinin
diqqət obyektinə çevrilməsi problemin təhlükəli miqyasını
sübut edir. Təşkilatdan bildirilib ki, bu, Fransanın
hüquq-mühafizə orqanlarında
irqçilik və ayrı-seçkiliyin dərin
problemlərini ciddi şəkildə həll etmək üçün məqamdır.
"Cluster 17" sosioloji institutunun məlumatına
görə, 2022-ci il prezident seçkilərində
Fransa polisinin təxminən 64 faizi ifrat sağçı namizədlər Marin Le Pen və Erik
Zemmura səs verib.
Ümumiyyətlə, Fransada uzun müddətdir
islamofob əhvali-ruhiyyəsi
üstünlük təşkil
edir. Bunlar adi sözlər deyil, Fransa dövlətinin
reallığıdır. Heç
bir silahı olmayan və müqavimət göstərməyən
əlcəzairəsilli yeniyetmənin
Fransa polisi tərəfindən vəhşicəsinə
qətlə yetirilməsi,
həm də bu ölkənin yeni müstəmləkəçilik
siyasətinin növbəti
nümunəsidir.
Britaniyalı jurnalist
Nil Uotson caliber.az-a şərhlərində Fransada
baş verən hadisələrdən danışaraq
qeyd edib ki, istənilən ziyarətçi ölkədə
ikisəviyyəli cəmiyyətin
olduğunu dərhal anlayır. Bu cəmiyyətdə məğriblilər
(Şimali Afrikada yerləşən ölkələrin
sakinləri) dövlət
səviyyəsində ayrı-seçkiliyə
məruz qalırlar və Fransa əhalisinin böyük hissəsi ilə az əlaqə saxlayırlar.
Uotson hesab edir ki, islamofobiya
Fransa cəmiyyətində
dərin kök salıb və əslində, bu, Prezident Emmanuel Makrona kömək edir. Bunu anlamaq
üçün son prezident seçkilərində
ifrat sağçı
Milli Birlik partiyasının güclənməsinə
diqqət yetirmək kifayətdir.
Britaniyalı ekspertin
dediyinə əsasən,
islamofobiya seçki hüququndan istifadə edən Fransa əhalisi üçün
olduqca məqbuldur. Məğriblilərin əksəriyyəti
özünü hüquqsuz
hiss edir və səs vermirlər. Ermənilər
Fransa siyasətində,
mediasında və biznesində kök salıblar. Onların türkofob mövqeyi Fransada ümumi qəbul edilmiş narrativdir və bu, Azərbaycana da aiddir.
ABŞ-nin Azərbaycandakı
keçmiş səfiri
Mətyu Brayza qeyd edib ki,
Makron birmənalı şəkildə türklərə
qarşıdır. Bu,
2020-ci ilin yayında Yunanıstan və Türkiyə arasında gərginliyin yarandığı
vaxt özünü aydın büruzə verib.
Amerikalı diplomat
Türkiyənin Aİ-yə
daxil olub-olmaması ilə bağlı müzakirələr kontekstində
Fransanın 20-ci prezidenti
Valeri Jiskar d'Estenin "Avropa mədəniyyəti xristianlıq
üzərində qurulub" ifadəsini xatırladıb
və deyib: "Hesab edirəm ki, Makron da
oxşar təfəkkür
sahibidir".
Fransız sosioloq
Mişel Kokoref ölkədə baş verənləri təhlil edərək ABŞ-də
afroamerikalı Corc Floydun qətli ilə paralel aparır: "Eyni səbəblər eyni nəticələr verir. Yoxsulluq, işsizlik, gələcəyə inamsızlıq,
məktəbə və
təhsilə getməkdən
imtina struktur səbəblərdir.
Bunların üzərinə
isə etno-irqi səbəblər, islamofobiya,
hər cür ayrı-seçkilik, o cümlədən
yerli-yersiz sənəd
yoxlamaları və s.
əlavə olunur".
Hüquq-mühafizə orqanlarının əməkdaşları
ilə Fransanın afrikaəsilli və müsəlman vətəndaşları
arasında qarşıdurma
hər gün şiddətlənir. Jandarmlar
artıq onlarla zirehli texnikanı şəhərlərin küçələrinə
çıxarıblar, etiraz
edənlərə qarşı
helikopterlər cəlb
olunub və polis izdihamı saxlamaq üçün insanlara rezin güllələrdən atəş
açır.
Son məlumatlara
görə, Fransada iğtişaşlar ümumavropa
miqyaslı təhlükəyə
çevrilmək riski
ilə artıq qonşu Belçika və İsveçrəyə
də yayılır.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2023.-
5 iyul.- S.7.