İlham
Əliyev sülhün
şərtini söylədi
Əgər Ermənistan sülh istəyirsə, ordusunun qalıqlarını Qarabağdan
çıxarmalıdır
"Ermənistanın Qarabağı Azərbaycanın
tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
Azərbaycan ərazilərində
hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları
mövcuddur".
İyulun 5-də Bakıda
keçirilən Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşündə çıxışı zamanı
İlham Əliyevin diqqətə çatdırdığı
kimi, Ermənistan hələ də 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli
Bəyanatın şərtlərinə
əməl etməkdən
yayınır və bununla da birbaşa
iki ölkə arasında normallaşmaya,
sülhə nail olunmasına əngəl törətməyə çalışır.
Ötən iki
il yarım müddətdə "hay
taktikası"na uyğun
olaraq, dildə bir söz deyib,
əməldə ayrı
iş tutan, sülhlə bağlı baş tutan üçtərəfli görüşlərdə
rəsmən Qarabağı
Azərbaycan ərazisi
kimi tanıdığını
bəyan edən, lakin hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Qarabağ bölgəsindən
silahlı tör-töküntülərini
çıxarmayaraq ölkəmizə
qarşı ərazi iddiasından əl çəkmədiyini göstərən
Hayastanın məramının
heç də sülhə xidmət etmədiyini görürük.
QH Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında
dövlət başçısı
İlham Əliyev də qətiyyətlə
bəyan etdi ki, əgər Ermənistan həqiqətən
də regionda çoxdan gözlənilən
sülhdə maraqlıdırsa,
onda onun silahlı qüvvələri
Azərbaycanın Qarabağ
bölgəsindən tamamilə
çıxmalıdır. Bölgədəki
erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.
Prinsipial və
qətiyyətli mövqe
44 günlük Vətən
müharibəsində torpaqlarının
işğalına son
qoyan və işğalçı Ermənistanı
kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan müharibədən dərhal
sonra böyük humanizm göstərərək
məğlub Hayastana sülh təklif edib.
Ötən müddət
ərzində Bakı
regionda təhlükəsizliyin,
əməkdaşlığın, rifahın təmin edilməsi üçün
mühüm təşəbbüslərlə
çıxış edib.
Eyni zamanda ölkəmiz bu istiqamətdə xeyli əməli addımlar da atıb, əzm
və iradə ortaya qoyub. İstər
yeni Laçın yolunun vaxtından əvvəl istifadəyə
verilməsi, istər Qarabağda yaşayan erməni sakinlərlə bu ilin martında
baş tutan görüş və digər bu istiqamətdə
atılan addımlar da Azərbaycanın sülhün təmin edilməsində qərarlı
olduğunu bariz şəkildə ortaya qoyur.
Bakının sülh
müqaviləsinin bağlanması
üçün irəli
sürdüyü 5 təməl
prinsipin özü belə Hayastanın hazırda çabaladığı
siyasi, iqtisadi, sosial, ümumiyyətlə,
bütün sahələrdə
bataqlıqdan çıxması
üçün böyük
şansdır. Elə
təkcə Zəngəzur
dəhlizinin açılması
səfalət içərisində
olan Hayastanı dalan ölkə olmaqdan qurtaracaq.
Lakin dövlət
başçısının iyulun 5-də mötəbər
tədbirdə qeyd etdiyi kimi, Hayastan
bu dəhlizin açılmasına mane törədir: "Ermənistan,
həmçinin təxminən
3 il əvvəl imzaladığı kapitulyasiya
aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin
açılmasına mane
olur".
Separatizmə dəstək
verən Fransa
Görünən odur
ki, Hayastan hələ də xarici havadarlarının çaldığı hava
ilə oynamaqdan, onların şirnikləndirici
vədlərinə uyaraq
ölkəmizə qarşı
revanşizm hisslərinə
qapılmaqdan, torpaqlarımıza
qarşı ərazi iddiası güdməkdən
əl çəkmək
istəmir. Buna görədir ki, Hayastan üçtərəfli
Bəyanatla üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirmir, vaxtaşırı ölkəmizə
qarşı təxribatlar
törətməyə çalışır,
Azərbaycanın beynəlxalq
hüquqa dayanaraq Laçın yolunda nəzarət-keçid məntəqəsi
qurmasını "blokada"
kimi dünyaya sırımaq istəyir, Qarabağda yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya
olunmasına maneçilik
törədir, separatçılara
açıq dəstək
göstərir, onları
silahlandırır və
sair və ilaxır kimi təxribat əməlləri
törədir.
Müstəmləkəçi Fransa isə Ermənistana bu murdar əməllərində
ən böyük
"dəstəkçi" və qızışdırıcı
"hami"lik edir. Bir sözlə, əli milyonlarla əlcəzairlinin qanına
batan Fransa faşizm xislətli Ermənistanın vaxtilə
azərbaycanlılara qarşı
törətdiyi soyqırımlarına,
qətliamlara göz yumduğu kimi, indi də kiçik
bacısının ölkəmizə
qarşı təxribat
törətməsinə dəstək
nümayiş etdirir.
QH-nin Əlaqələndirmə
Bürosunun nazirlər
görüşündəki sözügedən çıxışında
Prezident İlham Əliyev söylədi ki, Fransa hətta
Korsika dilinə qadağa qoyur və etnik azlıqlar
konsepsiyasını qəbul
etmir, lakin, eyni zamanda, özünü
Azərbaycandakı erməni
milli azlığının
müdafiəçisi kimi
göstərməyə çalışır.
Bu, riyakarlıq və ikili standartlardan
başqa bir şey deyil. "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi
kimi qələmə verən Fransa hələ də digər ölkələrin
daxili işlərinə
qarışır", - deyən
dövlət başçısı
Fransa qoşunlarının
bu yaxınlarda Mali və Burkina-Fasodan
çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa
məhkum olduğunu bir daha göstərdiyini
vurğuladı. Eyni zamanda qeyd etdi
ki, təəssüf ki, Fransa Azərbaycanın
Qarabağ bölgəsində
erməni separatizmini dəstəkləyərək, geosiyasi
rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni
mənfur təcrübəni
tətbiq etməyə
çalışır.
Ermənistan transsərhəd
ekoloji fəlakət törətməkdə davam
edir
Torpaqlarımızın 30 illik işğalına son qoyulması Qarabağ və Şərqi Zəngəzurda
tarixi, mədəni, dini irsimizi də
erməni vandallarından
xilas edib. Onilliklər ərzində
ərazilərimizi talayan,
bu yerlərdə daşı-daş üstündə
qoymayan işğalçılar
barbarlığa əl
ataraq maddi-mədəni,
dini abidələrimizi
vəhşicəsinə dağıdıblar.
Prezident İlham
Əliyev iyulun 5-də
görüş iştirakçılarının
nəzərinə onu
da yetirdi ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid,
kultursid və ekosid törədib. İşğal altındakı
torpaqlarımızda olan
67 məsciddən 65-i tamamilə
dağıdılıb, qalanları
isə donuz və inəklər üçün tövlə
kimi istifadə edilib ki, bu
da bütün dünya müsəlmanlarının
təhqir edilməsi deməkdir.
İşğal dövründə
Ermənistan Qarabağ
və Şərqi Zəngəzurun ekosistemini
də məhv edib, çaylarımızı,
bulaqlarımızı çirkləndirib,
zəhərləyib, 60 min
hektar meşəliyi məhv edib, bir sözlə, burada "ölü torpaq" siyasəti həyata keçirib.
Hazırda da Hayastan ölkəmizə qarşı bu murdar əməlini davam etdirir. Elə yuxarıda adıçəkilən çıxışında
ölkə Prezidenti bununla əlaqədar diqqətə çatdırdı
ki, Ermənistan, indi isə Azərbaycanın
Naxçıvan Muxtar
Respublikası ilə sərhədində transsərhəd
ekoloji fəlakət törətməkdə davam
edir.
Bununla Ermənistanın
1991-ci il Transsərhəd
kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından
(Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş
olduğunu vurğulayan
dövlət başçısı
bildirdi ki, bu Konvensiyada ölkələrin mənfi
transsərhəd təsirlərdən
qaçmaq üçün
bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə
qeyd edilir.
Azərbaycan minalarla
ən çox çirkləndirilmiş on
ölkə sırasındadır
Hayastanın Azərbaycana
qarşı törətdiyi
digər müharibə
cinayəti isə işğal dövründə
torpaqlarımızı mina
tarlasına çevirməsidir.
Mənfur düşmən
demək olar ki, Qarabağ və Şərqi Zəngəzurda hər daşın, qayanın altına tank və piyada əleyhinə mina döşəyib. Eyni zamanda 44 günlük müharibədən sonra bu insanlıq əleyhinə cinayətlərini
davam etdirib ki, buna ərazilərimizdə
aşkarlanan 2021-ci il Ermənistan istehsallı minalar bariz nümunələrdir.
Ermənistanın mina
terroru Böyük qayıdışa əngəl
olan başlıca maneələrdəndir və
hələ də Ermənistanın düzgün
mina xəritələrini
ölkəmizə təqdim
etməməsi bu ərazilərdə insanlarımızın
həyatlarını itirməsinə
səbəb olur.
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşündə
dövlət başçısı
məlumat verdi ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş
on ölkə sırasındadır. 2020-ci ilin
noyabrında Vətən
müharibəsi başa
çatdıqdan sonra
mina partlayışı
nəticəsində təxminən
300 azərbaycanlı həlak
olub və ya ağır yaralanıb: "İşğaldan
azad edilmiş ərazilərdə baş
verən hər bir mina partlayışı
Ermənistanın törətdiyi
hərbi cinayətlərin
uzun siyahısının
davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan
xalqının fundamental
insan hüquqlarının
pozulmasıdır".
Sonrakı peşmanlıq
haylara fayda verməyəcək
Azərbaycanın suveren
ərazilərini 30 il
müddətində işğal
altında saxlayaraq bu müddət ərzində xarici havadarlarının köməyi
ilə sülhdən boyun qaçıran Hayastan Vətən
müharibəsindən sonrakı
dövr ərzində
də qeyri-konstruktivlik
nümayiş etdirərək,
Fransa kimi xarici havadarlarına güvənərək sülhdən
yayınmaq üçün
ağılsız cəhdlər
edir.
Amma bihudə, hayların Şuşa zəfərinin diktə etdiyi reallıqları qəbul etməkdən başqa çarələri
yoxdur. Özləri də yaxşı bilirlər ki, onlar istənilən, istər siyasi, diplomatik, istərsə də hərbi platformada Azərbaycanın
qarşısında diz
çökməyə məhkumdurlar.
Buna görə
də, necə ki gec deyil,
Hayastan bölgədə
yeganə söz sahibi olan Azərbaycanın
humanist sülh şərtlərini qeyd-şərtsiz
yerinə yetirməlidir.
Əks-təqdirdə hər
şey üçün
çox gec olacaq. Sonrakı peşmanlıq isə fayda vermir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
6 iyul.- S.1;7.