Azərbaycan
Qoşulmama Hərəkatına
sədrliyi ilə mükəmməl nümunə
formalaşdırıb
Qoşulmama Hərəkatı
Azərbaycanın fəal
iştirak etdiyi beynəlxalq təşkilatlardan
biridir. Digər təşkilatlardan
fərqli olaraq Azərbaycan QH-yə bir qədər gec daxil olsa
da, respublikamız burada olduqca böyük uğurlara nail olub. Üzv olduqdan cəmi 8 il sonra quruma
sədrlik edən Azərbaycan təşkilatın potensialını
üzv dövlətlərin
maraqları naminə səmərəli realizə
edir.
Qlobal etimad
QH BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır.
120 ölkəni birləşdirən
qurum dünyadakı mövcud təşkilatlar
arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət
qədər sanballı
qurumdur. Azərbaycanın
üzv olduğu digər təşkilatlarla
müqayisədə bu
hərəkatda iştirakı
nisbətən yenidir.
Belə ki, respublikamız QH-yə cəmi 12 il əvvəl - 2011-ci ildə
tam hüquqlu üzv olmaq barədə qərar verib.
Qoşulmama Hərəkatının
XVIII Zirvə görüşünün
2019-cu ildə Prezident
İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi
və 2019-2022-ci illər
üzrə sədrliyin
Azərbaycana həvalə
edilməsi ölkəmizin
böyük diplomatik uğuru oldu. Bu Zirvə görüşünə
evsahibliyi üçün
Azərbaycanın paytaxtının
seçilməsi Prezident
İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin
məntiqi nəticəsi
idi.
Hələ 2019-cu ildə
ölkəmiz Qoşulmama
Hərəkatının sammitinə
uğurla evsahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın
öz sədrliyi dövründə beynəlxalq
hüququ və ədaləti müdafiə
edəcəyini, fəaliyyətini
tarixi "Bandunq prinsipləri" üzərində
quracağını bəyan
etmişdi. Sədrliyi
dövründə ölkəmiz
həyata keçirdiyi
fəaliyyətlə dünyada
Hərəkatın rolunun
gücləndirilməsinə, "Bandunq prinsipləri"nin
dəstəklənməsinə, üzv ölkələrin
maraqlarının qorunmasına
böyük töhfələr
verib, BMT ilə çoxtərəfli əlaqələrin
təşviq edilməsi,
qorunması və gücləndirilməsi istiqamətində
səylərini əsirgəməyib.
İlham Əliyevin
təşəbbüsləri beynəlxalq miqyasda təqdir olundu
Məlum olduğu
kimi, Azərbaycanın
quruma sədrliyi qlobal təhlükəyə
çevrilmiş COVID-19 pandemiyasının
tüğyan etdiyi dövrə təsadüf
etdi. Belə bir vaxtda Prezident
İlham Əliyev öz müdrikliyi ilə QH-ni pandemiya ilə mübarizəyə uğurla
səfərbər etdi.
Bununla həm də qlobal lider rolunu öz
üzərinə götürən
Prezident İlham Əliyevin təşəbbüsləri
ilə Hərəkatın
pandemiya ilə mübarizə tədbirləri
qlobal səviyyədə
təqdir olundu, böyük razılıqla
qarşılandı. Bu
tədbirlər pandemiya
ilə mübarizədə
beynəlxalq həmrəyliyin,
o cümlədən COVID-19 əleyhinə peyvəndlərə
əlçatanlığın təmin edilməsində böyük rol oynadı.
Azərbaycanın Hərəkata
sədrliyi dövründə
peyvənd millətçiliyinə
qarşı da mübarizə apardı. Bu xüsusda, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının
46-cı sessiyası çərçivəsində
Qoşulmama Hərəkatının
sədri qismində Azərbaycanın təşəbbüsü
ilə "COVID-19 əleyhinə
peyvəndlərə bərabər,
məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın
təmin edilməsi"
adlı qətnamə
qəbul edilib. Qətnaməyə ümumilikdə
133 dövlət həmmüəlliflik
edib ki, bu da BMT-nin
İnsan Hüquqları
Şurasında qəbul
edilən qətnamələr
üçün olduqca
yüksək göstəricidir.
BMT Baş Assambleyasının
76-cı sessiyası çərçivəsində
isə Assambleyanın
plenar iclasında Hərəkatın Sədri
qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə
hərəkat üzvləri
adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul
qiymətə, vaxtında
və universal əlçatanlığın təmin
edilməsi" adlı qətnamə BMT üzv dövlətlərinin mütləq
əksəriyyətinin dəstəyi
ilə qəbul edilib.
İyulun 5-də Bakı
Konqres Mərkəzində
Hərəkatın Əlaqələndirmə
Bürosunun "Qoşulmama
Hərəkatı: meydana
çıxan çağırışlarla
mübarizədə birgə
və qətiyyətli"
mövzusunda nazirlər
görüşündə çıxış edən
Prezident İlham Əliyev bu barədə deyib: "Qoşulmama Hərəkatı
ölkələrinin yekdil
qərarı ilə Azərbaycan 2019-2022-ci illər
üçün sədrliyi
öz üzərinə
götürdü və
yenidən yekdil qərarla sədrliyimiz daha bir il
uzadıldı. Azərbaycan
Qoşulmama Hərəkatına
sədrliyi dövründə
"Bandunq prinsipləri"
əsasında ədaləti,
beynəlxalq hüququ
və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə
qorudu. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası
ilə necə mübarizə aparacağı
barədə çaşqın
vəziyyətdə olarkən,
misli görünməmiş
bu çağırışla
mübarizədə qlobal
səyləri birləşdirən
Qoşulmama Hərəkatı
oldu".
Müdrik və
uzaqgörən fəaliyyət
QH-də Azərbaycan
təşəbbüsü əsasında Hərəkatın
üzv dövlətlərini
təmsil edən gənclərin iştirakı
ilə Qoşulmama Hərəkatı Gənclər
Şəbəkəsi təsis
olunub.
Azərbaycanın QH-yə uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın
Parlament Şəbəkəsinin
yaradılmasıdır. QH-nin
prinsip, ideya və məqsədlərinin
həyata keçirilməsində
parlamentarilərin konstruktiv
rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri
arasında əlaqələrin
dərinləşdirilməsi məqsədilə Prezident
İlham Əliyevin təşəbbüsü ilə
2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament
Şəbəkəsi təsis
olunub.
2022-ci ildə Şuşa
razılaşması əsasında
Qoşulmama Hərəkatının
Gənclər Təşkilatı
təsis olunub və onun daimi
katibliyi Bakıda yerləşəcək. Ötən
gün Prezident İlham Əliyev bildirdi ki, biz
hazırda Qoşulmama
Hərəkatının qadınlar
platformasının yaradılması
üzərində işləyirik.
Bütün bunlar
göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi
ilə mükəmməl
nümunələr yaradıb.
Prezident İlham Əliyevin dediyi kimi, institusional davamlılığa doğru
atılan bu addımlarla biz növbəti sədrlərə
mütləq uğurlu
bir miras qoyacağıq.
Bir məsələni
də qeyd edək ki, Qoşulmama
Hərəkatı ölkələri
BMT Təhlükəsizlik Şurasında
Azərbaycan əleyhinə
olan birtərəfli və qərəzli bəyanatların qəbul
edilməsinin qarşısının
alınmasında böyük
rol oynayıblar. Bütün bunlar bir daha Azərbaycanın
QH çərçivəsində həyata keçirdiyi müdrik və uzaqgörən fəaliyyətdən
xəbər verir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
6 iyul.- S.1;7.