Fuad Hüseyn: "İraq Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyini
daim dəstəkləyib"
İyulun 5-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev İraq Respublikasının
Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
AZƏRTAC
xəbər verir ki, dövlət başçısı bu ilin martında Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı
İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünü məmnunluqla
xatırlayıb, həmin
görüş zamanı
Azərbaycan-İraq əlaqələrinə
dair geniş fikir mübadiləsinin aparıldığını qeyd
edib.
Fuad Hüsseyn İraqın Prezidenti Əbdüllətif Camal Rəşidin və Baş naziri Şiya əs-Sudaninin salamlarını dövlət
başçısına çatdırıb.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirib, onun da salamlarını İraqın Prezidentinə
və Baş nazirinə çatdırmağı
xahiş edib.
İraqın Baş
nazirinin müavini, xarici işlər naziri ölkələrimiz
və xalqlarımız
arasında tarixi əlaqələrin olduğunu
vurğulayıb.
Söhbət zamanı
ölkələrimizin beynəlxalq
təşkilatlarda, o cümlədən
Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq
Təşkilatı, OPEC+ formatı
çərçivəsində uğurla əməkdaşlıq
etdikləri bildirilib.
Fuad Hüsseyn İraqın Azərbaycanın
Qoşulmama Hərəkatına
sədrliyini daim dəstəklədiyini bildirib,
ölkəmizin Hərəkata
uğurlu sədrliyi münasibətilə təbriklərini
çatdırıb.
Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
Azərbaycan.-2023.- 6 iyul.- S.4.