Azərbaycanın
İrandakı səfirliyinə
qarşı törədilən
terrorda müqəssir
olan şəxslər
layiqli şəkildə
cəzalandırılmalıdırlar
İyulun 5-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
İran İslam Respublikasının
xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, İranın
xarici işlər naziri onu qəbul
etdiyinə görə
dövlətimizin başçısına
təşəkkürünü bildirdi.
Hüseyn Əmir
Abdullahiyan İran İslam
Respublikasının Prezidenti
Seyid İbrahim Rəisinin salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını
İran Prezidentinə çatdırmağı
xahiş etdi.
Qoşulmama Hərəkatına
uğurlu sədrliyi münasibətilə Azərbaycanı
təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi
dövründə Hərəkatın
davamlı və dinamik surətdə inkişaf etdiyini vurğuladı.
Hüseyn Əmir
Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
nazirlər görüşünün
açılış mərasimindəki
çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini
qeyd etdi, onun gündəliyindəki
çox vacib məsələlərin müzakirə
olunduğunu vurğuladı.
İranlı nazir
ölkələrimiz arasında
iqtisadi-ticari əlaqələrin
inkişafında müsbət
dinamikanın olduğunu
dedi, Şimal-Cənub
nəqliyyat dəhlizinin
inkişaf etdirilməsində
Azərbaycanla İranın
mühüm rol oynadığını diqqətə
çatdırdı.
Azərbaycan səfirliyinə
qarşı törədilmiş
terror aktının İranın məhkəmə
və hüquq-mühafizə
orqanları tərəfindən
çox ciddi şəkildə araşdırıldığını
bildirən nazir Azərbaycanın Tehrandakı
səfirliyinin fəaliyyətinin
tezliklə bərpa olunacağına ümidvarlığını
ifadə etdi.
Prezident İlham
Əliyev öz növbəsində Azərbaycanın
İrandakı səfirliyinə
qarşı törədilən
terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına
ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı
Azərbaycanın Qoşulmama
Hərəkatında rolundan
və onun təsisatlanması istiqamətində
həyata keçirdiyi
işlərdən danışdı.
Söhbət zamanı
iqtisadi-ticari əlaqələrin
son dövrlərdə
artan dinamikası məmnunluqla qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər,
Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının
icrasının inkişaf
perspektivlərinə dair
fikir mübadiləsi aparıldı.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.
Azərbaycan.-2023.- 6 iyul.- S.4.