Dritan Abazoviç: " Monteneqro
Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə
əməkdaşlığın inkişafında maraqlıdır"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dritan
Abazoviç Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşünə dəvətə
görə təşəkkürünü
bildirdi və Azərbaycanın Qoşulmama
Hərəkatına uğurlu
sədrliyi münasibətilə
təbriklərini çatdırdı.
Söhbət zamanı
Prezident İlham Əliyevin və Baş nazir Dritan Abazoviçin bu il Davosda
keçirilmiş görüşü
məmnunluqla xatırlandı.
Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edildi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulandı.
Azərbaycan.-2023.- 6 iyul.- S.4.