İşğaldan
azad olunmuş ərazilərdə Özbəkistan
tərəfindən məktəb
tikintisi layihəsi xüsusi önəm daşıyır
İyulun 5-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Özbəkistan Respublikasının
xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Baxtiyor
Saidov Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı
Prezident İlham Əliyevə salamlarını
çatdırıb.
Dövlətimizin başçısı
salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə
çatdırmağı xahiş
etdi.
Baxtiyor Saidov Azərbaycanın Qoşulmama
Hərəkatına müvəffəqiyyətlə
sədrliyi və nazirlər görüşünün
uğurla keçirilməsi
münasibətilə təbriklərini
ifadə etdi. O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət
səfəri çərçivəsində
iki ölkə başçısının müəyyənləşdirdiyi
tapşırıqlara uyğun
olaraq fəaliyyətin
davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə
saxlanıldığını vurğuladı.
Prezident İlham
Əliyev öz növbəsində Özbəkistana
dövlət səfərini
məmnunluqla xatırladı.
Dövlətimizin başçısı
işğaldan azad olunmuş ərazilərdə
Özbəkistan tərəfindən
məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını
bildirdi, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini
qeyd etdi.
Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2023.- 6 iyul.- S.4.