Denq Dau Denq Malek: Cənubi Sudan Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır

 

İyulun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudanın xarici işlər regional əməkdaşlıq naziri səlahiyyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq məsələsi müzakirə edilib. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət səhiyyə sahələrində inkişafı üçün potensial imkanların olduğu vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən nazir Ceyhun Bayramov sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səyləri, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslərini diqqətə çatdırıb.

Nazir Cənubi Sudanın Qoşulmama Hərəkatına üzvlüyü istiqamətində prosedurların tamamlandığını vurğulayıb yeni üzvlük münasibətilə qarşı tərəfi təbrik edib.

Cənubi Sudanın xarici işlər regional əməkdaşlıq naziri səlahiyyətlərini icra edən Denq Dau Denq Malek QH- uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 6 iyul.- S.5.