Nazir Ceyhun Bayramov malayziyalı həmkarı ilə görüşüb

 

İyulun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun nazirlər görüşü çərçivəsində Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşüb.

İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi barədə qarşı tərəfə məlumat verib hər iki ölkənin təşkilat çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.

Nazirlər Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüş zamanı, iki ölkə arasında qarşılıqlı təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.-2023.- 6 iyul.- S.5.