Azərbaycanın
Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyulun 5-də ölkəmizdə
səfərdə olan
Monteneqronun Baş naziri Dritan Abazoviç
ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Bakıda
keçirilən Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşünün əhəmiyyəti vurğulanıb,
Dritan Abazoviçin tədbirdə iştirakı
yüksək qiymətləndirilib.
Ölkəmizin Qoşulmama
Hərəkatına sədrliyi
çərçivəsində səmərəli fəaliyyəti,
o cümlədən irəli
sürdüyü mühüm
təşəbbüslər barədə bəhs edilib.
Azərbaycan-Monteneqro münasibətlərinin bir
çox sahələrdə
uğurlu inkişafından
məmnunluq ifadə olunub.
Eyni zamanda, ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, turizm və digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Azərbaycan.-2023.- 6 iyul.- S.5.