Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə
həsr olunmuş tədbir keçirilib
İyulun 5-də Qoşulmama
Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun
nazirlər görüşü
çərçivəsində Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, QH Əlaqələndirmə
Bürosunun nazirlər
görüşünə qatılan
nümayəndə heyətlərinin
rəhbərlərinin iştirakı
ilə keçirilən
tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasının
xarici işlər naziri Hakan Fidan
və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının
son xarici işlər naziri, Qoşulmama Hərəkatının
əsasının qoyulduğu
Bandunq Konfransında şəxsən iştirak
etmiş Budimir Lonçar çıxış
ediblər.
Nazir Ceyhun Bayramov çıxışında
müasir və müstəqil Azərbaycanın
qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin
əsasının qoyulması
və qorunması istiqamətində çoxşaxəli
və fədakar fəaliyyətindən geniş
bəhs edib. Ölkəmizin müstəqilliyinin
bərpa olunmasından
sonra Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
nəticəsində yaranmış
çətin vəziyyət,
qaçqın və məcburi köçkün
problemi, iqtisadi və sosial böhrana baxmayaraq, Ümummilli Liderin, özünün də dediyi kimi, Azərbaycanın
müstəqilliyini əbədi,
daimi və dönməz etməyə
nail olduğunu bildirib.
Əsası Ulu
Öndər Heydər
Əliyev tərəfindən
qoyulmuş xarici siyasət kursunun Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyi qeyd olunub. Xarici siyasətimizin qarşılıqlı
faydalı əməkdaşlığın
təşviqi, beynəlxalq
sülh və təhlükəsizliyin qorunmasına
töhfə verilməsinə
yönəldiyi diqqətə
çatdırılıb. Bu
xüsusda, Azərbaycan
xalqının milli maraqları, ölkəmizin
suverenliyi və ərazi bütövlüyümüzün
qorunmasının hər
zaman xarici siyasətimizin prioriteti olduğu bildirilib.
Tədbirdə çıxış
edən Türkiyənin
xarici işlər naziri Hakan Fidan
beynəlxalq mühitdə
artan gərginliyin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin
pozulduğu bir dövrdə Türkiyə
Respublikasının Hərəkatın
əsas prinsiplərinə
sadiq olduğunu qeyd edib.
Türkiyə və
Azərbaycan qardaşlığını
“Bir millət, iki dövlət” kəlamı ilə təsvir edən dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
qorunması və möhkəmləndirilməsində müstəsna xidmətləri
xatırlanıb.
Tədbirdə çıxış
edən keçmiş
Yuqoslaviya Sosialist Federativ Respublikasının
son xarici işlər naziri, Qoşulmama Hərəkatının
əsasının qoyulduğu
Bandunq Konfransında şəxsən iştirak
etmiş Budimir Lonçar xüsusi qonaq qismində Əlaqələndirmə Bürosunun
nazirlər görüşünə
dəvətə görə
minnətdarlıq bildirib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın iqtisadi və sosial inkişafı, onun region və dünya ölkələri
ilə münasibətlərinin
möhkəmləndirilməsi, habelə Azərbaycan Respublikasının beynəlxalq
arenada nüfuzunun artırılmasında müstəsna
rolu qeyd edilib.
Daha sonra isə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarxı izləyiblər.
Azərbaycan.-2023.- 6 iyul.- S.5.