Qoşulmama
Hərəkatına üzv
ölkələrin xarici
işlər nazirləri
İsveçdə Quranın
yandırılmasını qətiyyətlə pisləyiblər
İyulun 5-də Bakı
Konqres Mərkəzində
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşü
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad
Al-Mureyxi, Pakistanın
xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri Qoşulmama
Hərəkatının əsasında
“Banduq prinsipləri”nin
dayandığını diqqətə
çatdırıb. Bu
prinsiplərin ölkələrin
ərazi bütövlüyünü,
sülhü, münaqişələrin
sülh yolu ilə həllini, bərabərliyi təşviq
etdiyini vurğulayıblar.
Nazirlər Qurban
bayramının ilk günündə İsveçdə
Qurani-Kərimin yandırılmasını
qətiyyətlə pisləyiblər.
Qeyd olunub ki, bu cür
kriminal hərəkətlərə
icazə verilməməli
və kəskin şəkildə qınanmalıdır.
Bu kimi islamofobiya
hallarının təzahürlərinə
qarşı daha fəal mübarizə aparmağın vacibliyi vurğulanıb.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının əhəmiyyəti və təşkilatın malik olduğu imkanlar qeyd edilib. Eyni zamanda, Qoşulmama Hərəkatının bir çox problemlərin həllində mühüm rol oynadığı bildirilib.
Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini sabah davam etdirəcək.
Azərbaycan.-2023.-
6 iyul.- S.5.