Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşü işini
davam etdirir
İyulun 5-də Bakı
Konqres Mərkəzində
keçirilən Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun “Qoşulmama
Hərəkatı: meydana
çıxan çağırışlarla
mübarizədə birgə
və qətiyyətli”
mövzusunda nazirlər
görüşü davam
edir.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Birləşmiş Millətlər
Təşkilatının Cenevrə
ofisinin baş direktoru Tatyana Valovaya BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına
müraciətini oxuyub.
Müraciətdə qeyd edilib ki,
Azərbaycan Qoşulmama
Hərəkatına sədrliyi
dövründə dünyanın
üzləşdiyi çağırışların
müzakirəsinə və
həllinə töhfələr
verib.
Monteneqronun Baş
naziri Dritan Abazoviç çıxışında
bildirib ki, Qoşulmama Hərəkatı
böhranların həll
yollarının tapılması,
müzakirələr üçün
platforma təklif edir. O, Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyini və bu təşkilatın qlobal səsinin daha da gücləndirilməsi
üçün təşəbbüslərini
dəstəklədiyini diqqətə
çatdırıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldiyini vurğulayıb. “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, - deyə XİN başçısı diqqətə çatdırıb.
Azərbaycan.-2023.-
6 iyul.- S.5.