Jan-Viktor
Kastor: Fransa hazırda vaxtilə yürütdüyü müstəmləkə
siyasətinin cəzasını
çəkir
Azərbaycana ilk
dəfədir səfər
edirəm. Burada ilk günlərim olmasına baxmayaraq, əminliklə deyə bilərəm ki, Bakı şəhəri Parislə müqayisədə
çox təmiz, modern və gözəl şəhərdir.
Qoşulmama Hərəkatının
nazirlər görüşü
Azərbaycanda çox
gözəl təşkil
olunub. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında
Fransanın müstəmləkə
siyasəti ilə bağlı danışdı,
bu ölkənin müstəmləkələri ilə
bağlı fikirlər
söylədi. Bütün
bunlar həqiqəti əks etdirir və biz də
bunu təsdiqləyirik.
Bizim ölkəmiz də Azərbaycan, Braziliya, Venesuela kimi neft və
qaz ehtiyatına malikdir. Bütün bunlara baxmayaraq, Fransada olan qanunlara
görə ölkəmiz
təbii sərvətlərindən
istifadə edə bilmir, əksinə, fransızlar onlardan yararlanır.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində Fransa Milli Assambleyasının
Fransız Qvianasından
olan deputatı Jan-Viktor Kastor söyləyib.
O qeyd edib ki, ölkəsi hər bir sahədə
Fransa tərəfindən
idarə olunur. “Torpaq bizimdir, lakin ölkəmizlə bağlı qərarlar Parisdə qəbul olunur. Fransanın Qvianada rəsmi nümayəndəsi var və bütün qərarlar onun tərəfindən verilir.
Biz ölkəmizdə
kollec, məktəb, bağça tikməyimiz
üçün də
Parisdən rəsmi olaraq icazə almalıyıq. Onların
icazəsi olmadan təəssüf ki, heç nə edə bilmirik”.
Jan-Viktor Kastor diqqətə çatdırıb ki, hər hansı bir qərara etiraz bildirilərkən Fransa Qviananın qarşısını müxtəlif yollarla kəsir. “Onlar bizi əsasən iqtisadi cəhətdən çökdürürlər. 2017-2022-ci illərdə Fransanın bu amansız siyasətinə görə Fransız Qvianasında yoxsul təbəqə 30 faizdən 54 faizədək artıb. İllər keçdikcə Fransa bizi hər bir sahədə daha da zəiflədir. Fransada son seçkilərdə Emannuel Makronun prezident seçilməsindən sonra hər kəs bilirdi ki, bu ölkə tənəzzülə doğru gedir. Makronun islahatları müsbət effekt vermədi. Bu gün Fransaya getsəniz görərsiniz ki, tələbələr, kasıb ailələr aşağı büdcəli yemək almaq üçün növbələr yaradır, uzun sıralar əmələ gətirirlər. Səhiyyə, təhsil və digər sahələrdə hər şey mənfiyə doğru gedir. Hazırda insanlar Parisdə üsyan edirlər. Fransa hazırda vaxtilə yürütdüyü müstəmləkə siyasətinin cəzasını çəkir. Bu gün orada baş verən hadisələr Fransa üçün “əkdiyini biçmə zamanı” olduğunu göstərir”, - deyə o qeyd edib.
Azərbaycan.-2023.-
6 iyul.- S.6.