Baxtiyor Saidov: “Qoşulmama
Hərəkatının güclənməsində
Azərbaycanın mühüm
rolu var”
İyulun 5-də Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşü işini
panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, iclasda
çıxış edən
Özbəkistan xarici
işlər naziri Baxtiyor Saidov Azərbaycanın paytaxtı
Bakı şəhərinin
dünya əhəmiyyətli
tədbirlərin keçirildiyi
ünvana çevrildiyini
bildirib. O, Qoşulmama
Hərəkatının güclənməsində
və beynəlxalq nüfuzunun artmasında Azərbaycanın mühüm
rolunun olduğunu vurğulayıb və bunu yüksək qiymətləndirib. “Hazırda
qlobal ictimaiyyət böhranlarla üz-üzədir,
ərzaq və enerji təhlükəsizliyinə
təhdidlər regionlara
mənfi təsir göstərir. Qoşulmama
Hərəkatına üzv
ölkələr də
iqlim böhranı ilə qarşılaşıb
və bəziləri artıq bundan əziyyət çəkir”,
- deyən nazir əlavə edib ki, Qoşulmama Hərəkatı regional və beynəlxalq siyasətdə aparıcı
qüvvəyə çevrilir.
Sonra çıxış
edən İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyn Qoşulmama Hərəkatının
çoxtərəfliliyi, qlobal
sülhü, həmrəyliyi
təşviq etdiyini vurğulayıb. O deyib ki, İraq bundan
sonra da böhranların həlli üçün həll yolları təklif edəcək.
Beynəlxalq aləmdə
terrorla mübarizənin
vacibliyinə də toxunan Fuad Hüsseyn
deyib ki, İraq torpaqları da bu problemdən
əziyyət çəkib,
amma müharibədən
qalib çıxıb.
Son dövrlər
islamofobiyanın, ksenofobiyanın
gücləndiyini vurğulayan
nazir bunun insan haqları bəyannaməsinə, beynəlxalq
dəyərlərə zidd
olduğunu diqqətə
çatdırıb. O, həmçinin
qeyd edib ki, dini inanclara
və rəmzlərə
hörmətsizlik qəbuledilməzdir,
bu, qınanmalıdır.
Xüsusilə demokratik
ölkələrdə belə
addımlar ifadə azadlığı kimi təqdim olunur, amma bu, nifrət
aktıdır.
Küveyt xarici
işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah çıxışında
Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi
dövründə təsisatda
müsbət irəliləyişlərin
olduğunu vurğulayıb.
Küveyt XİN-in rəhbəri İsveçdə
Quranın yandırılmasını
kəskin şəkildə
pisləyib, bu addımın cəzasız
qalmalı olmadığını
vurğulayıb.
Belarusun xarici işlər naziri Sergey Aleynik isə bildirib ki, Qərb Qoşulmama
Hərəkatı ölkələrinə
qarşı birtərəfli
məhdudlaşdırıcı addımlar atır, təzyiq göstərir, bu da dayanıqlı
inkişafa imkan vermir. "Biz birtərəfli məhdudiyyətlərə
qarşı həmrəy
olmalıyıq. Biz eyni prinsipləri - sülhü, çoxtərəfliliyi,
dayanıqlı inkişafı
bölüşürük. Qoşulmama Hərəkatının
oynayacağı vacib rol var. Dünyada
qlobal geosiyasi toqquşmaların baş alıb getdiyi bir vaxtda səmimi
dialoq yeganə çıxış yoludur".
Digər çıxış edənlər - Venesuelanın, Malayziyanın və Uqandanın XİN başçıları Qoşulmama Hərəkatının önəmindən danışıb, dünyada baş verən regional və beynəlxalq problemlərin həlli yolları ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan.-2023.- 6 iyul.- S.6.