İran XİN-in başçısı:
Cənubi Qafqazdakı
bütün problemlər
sülh və danışıqlar yolu ilə həll oluna bilər
İnanırıq ki,
Cənubi Qafqazdakı
bütün problemlər
sülh və danışıqlar yolu ilə həll oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu
sözləri İranın
xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə müsahibəsində
deyib.
“İran və Azərbaycan
xalqları regionda demək olar ən çox ortaq məxrəcə malik xalqlardır. Biz anlaşılmazlıqları
aradan qaldıraraq ölkələrimiz və
xalqlarımız arasındakı
müştərək əlaqələri
yenidən bərpa edə bilərik. İranla Azərbaycan arasındakı yüksək
səviyyəli əlaqələri
bərpa edəcəyimizə
inanırıq”, - deyə
nazir qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunan Hüseyn Əmir Abdullahiyan görüşdə regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələrin aparıldığını vurğulayıb.
Azərbaycan.-2023.- 6 iyul.- S.6.