Milli Məclisin deputatları TbilisidəkiAlyans Gənclər Mərkəzi”ndə gənclərlə görüşüblər

 

Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət qayğı göstərib. Son bir neçə il ərzində Azərbaycan dövləti tərəfindən Gürcüstanda çoxlu sayda məktəb, uşaq bağçası, idman kompleksi, mədəniyyət ocaqları tikilərək ya əsaslı təmir olunaraq istifadəyə verilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstandakı məktəblər Azərbaycan dili ədəbiyyatı dərslikləri digər metodiki vəsaitlərlə təmin olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Arzu Nağıyev Rauf Əliyevin, eləcə Azərbaycan Uşaq Gənclər Federasiyasının prezidenti Asif Əliyevin TbilisidəkiAlyansGənclər Mərkəzində keçirdiyi görüşdə səsləndirilib.

Deputatlar əvvəlcə Gənclər Mərkəzinin tələbə gənclərinin əl işlərindən rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Alyans Gənclər Mərkəzi”nin icraçı direktoru Rəna Hüseynova sədri Leyla Əmrahova mərkəzin fəaliyyəti, burada gənclər üçün nəzərdə tutulmuş təlim, tədris proqramları barədə ətraflı məlumat veriblər.

Deputatlar A.Nağıyev R.Əliyev gənclər qarşısında çıxış edərək Azərbaycan dövlətinin soydaşlarımıza dünya azərbaycanlılarına diqqət qayğısından danışıb, gəncləri daha çox biliyə yiyələnməyə dəvət ediblər.

Görüşün sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar keçirilmiş rəsm müsabiqəsinin qaliblərinə mükafatlar, iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov görüşdə iştirak edib.

Sonda deputatlar səfirlik əməkdaşı gəncləri maraqlandıran sualları cavablandırıb.

 

Azərbaycan.-2023.- 6 iyul.- S.6.