Haqqı,
ədaləti dananlar siyasi səhnədən getməlidirlər
BMT-dən sonra
dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşünün
yenidən Bakıda keçirilməsi Azərbaycanın
beynəlxalq aləmdə
qazandığı nüfuz
və etimadın nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının
Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyevin görüşdəki çıxışı
dünyada geniş əks-səda doğurmuşdur.
Dövlətimizin başçısı
təşkilatın son
illər artan fəaliyyətinə və
yüksələn nüfuzuna
diqqəti cəlb etməklə bərabər,
hərəkatın beynəlxalq
hüququn norma və prinsiplərinə sadiq
qaldığını, dünyada
sülhün və təhlükəsizliyin, insan
hüquq və azadlıqlarının təmin
olunması və müdafiə edilməsində
fəal rol oynadığını bildirmişdir.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi dövrdə təşkilatın
fəaliyyəti əsaslı
şəkildə canlanmış
və təşkilat üzvlərinin birliyi, həmrəyliyi daha dolğun təmin edilmişdir. Pandemiya dövründə cənab
İlham Əliyevin irəli sürdüyü
bəşəri ideyalar,
təşəbbüslər, xüsusilə amansız xəstəliyə qarşı
dünya ölkələrinin
səfərbər olunması
barədə etdiyi müraciətlər dünyanın
150 dövləti tərəfindən
dəstəklənmişdir. Səbəbsiz deyildir ki, dünya ictimaiyyəti cənab İlham Əliyevin bu əməllərini, təşəbbüslərini, bəşəriyyətə qayğı
və diqqətini yüksək qiymətləndirmiş,
onun xidmətlərini
dünya xalqlarına və dövlətlərinə
humanizmin nümunəsi
kimi təqdim etmişlər.
Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında
da dövlətimizin başçısı bir
daha bəşəri ideyalara, beynəlxalq normalara, sülhə, təhlükəsizliyə, insan
azadlığına, ölkələrin
müstəqilliyinə, suverenliyinə
sadiqliyini ifadə etmiş, irqçiliyə,
ayrı-seçkiliyə, islamafobiyaya,
zülmə, müharibəyə,
zorakarlığa qarşı
mübariz olduğunu bildirmişdir. Çünki
Azərbaycan Ermənistan
tərəfindən işğala
məruz qaldığı,
torpaqlarının, şəhər
və kəndlərinin
viran edildiyi, insanların qətlə yetirildiyi otuz ildə bu ayrı-seçkilikdən,
ikili standartlardan, beynəlxalq norma və prinsiplərə laqeydlikdən çox əziyyət çəkmişdir.
Təəssüf ki, Azərbaycan bu gün də ikili standartlarla, ədalətsizliklərlə qarşılaşmaqdadır.
Azərbaycan Prezidenti bu baxımdan Fransanın, xüsusilə
Prezident Emmanuel Makronun şovinist, beynəlxalq aləmə zidd mövqeyini, bu dövlətin müstəmləkəçilik, xalqlara və dövlətlərə qarşı
uzun illər yürütdüyü yanlış,
ziddiyyətli siyasəti
ciddi tənqid etmiş, Fransa hakimiyyət dairələrini
bu məkrli, insanlığa zidd əməllərdən çəkinməyə
səsləmişdir. Ona
görə ki, dünən və bu gün Fransa
demokratiya pərdəsi
altında özünün
çirkin məqsədlərini
həyata keçirməkdədir
və bu siyasət nəticəsində
Fransa dövləti, onun rəhbərləri on milyonlarla insanın qətlinə rəvac vermiş, ölkələri viran qoymuşlar. Prezidentimiz bildirmişdir ki, Fransa müstəmləkə
keçmişinə və
soyqırımı aktlarına
görə üzr istəməlidir.
Ancaq terrorçu,
təcavüzkar Ermənistanı
müdafiə etməklə,
ona maddi-mənəvi,
hərbi dəstək
verməklə, Azərbaycana
düşmən mövqeyində
durmaqla Fransa özünün çirkli,
şovinist əməllərini
bu gün də davam etdirməkdədir.
Cənab İlham Əliyev demişdir ki, Fransa özünü
Azərbaycandakı erməni
milli azlığının
müdafiəçisi kimi
göstərməyə çalışır.
Qarabağ bölgəsində
erməni separatizmini dəstəkləyir. Bu əməllər bir dövlət kimi Fransanı sarsıdır,
onun nüfuzuna ciddi ziyan vurur.
Son aylar ölkədə baş verən kütləvi iğtişaşlar, nümayişlər,
qarşıdurmalar, həbslər
bunu deməyə əsas verir ki, Makronun siyasəti
iflasa məhkumdur.
Rəhbərlik etdiyi
ölkədə ictimai-siyasi
sabitliyi bərpa edə bilməyən Makronun bu gün
başqa dövlətlərdə,
o cümlədən Ermənistanda
sülhü, əmin-amanlığı
bərpa etmək, kimlərəsə məsləhətlər
vermək cəhdi çox gülünc doğurur. Prezidentimizin söylədiyi kimi, Ermənistan regionda sülhə maraqlıdırsa,
silahlı qüvvələri
Qarabağdan çıxarmalıdır,
Zəngəzur dəhlizinin
açılmasına mane
olmamalıdır. Makron
və onun kimilər isə ədalətə, haqqa əsaslanmadıqları, dövlətlərin
müstəqilliyinə hörmət
qoymadıqları üçün
siyasi meydandan uzaqlaşmalıdır.
.
Tahir RZAYEV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri
Azərbaycan.-2023.-
6 iyul.- S.7.