Dünyanın daha balanslı enerji sisteminə ehtiyacı var
bp bu sahədə də ölkəmizlə tərəfdaşlıq edir
Azərbaycanın təkcə
nəhəng karbohidrogen
yataqları deyil,
"yaşıl enerji"
mənbələri olduğu
da indi hamıya yaxşı məlumdur.
Bu, dəyişən enerji
dünyasında ölkəmizin
rolunu getdikcə artırır. Bərpaolunan
enerji layihələrimizin
sayı artır. Bu işdə dünyanın
ən tanınmış
şirkətləri ilə
tərəfdaşlıq edirik.
Xarici sərmayədarlar
Azərbaycanın uzunmüddətli,
dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz
enerji növləri ilə təmin edilməsi prosesinə həvəs və inamla qoşulublar. Keçən ilin yanvar ayında Səudiyyə Ərəbistanı
Krallığının "ACWA
Power" şirkəti tərəfindən
inşa ediləcək
240 MVt gücündə
"Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisinə
başlanıb. Həmin
ilin martında isə Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkəti ilə "Qaradağ"
Günəş Elektrik
Stansiyasının təməli
qoyulub. Sonrakı müddətdə xarici investorlarla digər layihələr haqqında
da danışıqlar aparılıb,
razılıqlar əldə
olunub. Azərbaycan dövlətinin bərpaolunan
enerji sahəsindəki prioritetlərini
ölkəmizdə ən
iri neft, qaz və ixrac
layihələrinin əməliyyatçısı
bp şirkəti də
dəstəkləyir.
"Dünyanın daha yaxşı, daha balanslı enerji sisteminə ehtiyacı var.
Balanslı dedikdə,
biz təhlükəsiz, əlçatan
və daha az karbonlu enerji
təmin edə biləcək bir sistem nəzərdə tuturuq. Buna "enerji trilemması" deyirlər.
Şirkət olaraq hesab edirik ki, bu məsələnin həllinə iki yolla dəstək verə bilərik: həm enerji keçidinə investisiya qoymaqla, həm, əsasən, karbohidrogenlərdən
ibarət bu günün enerji sisteminə investisiya qoymaqla. Hazırda Xəzər regionundakı
fəaliyyətimiz hər
iki həll yolunun həyata keçirilməsini dəstəkləyir".
Bu sözləri bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti
Qəri Counz cari il 31 may-3 iyun tarixlərində keçirilən
"Bakı Enerji Həftəsi"ndə demişdir.
O bildirmişdir ki, enerji
keçidinə investisiya
qoymaqla yanaşı, şirkət mövcud neft və qaz
hasilatında da karbonsuzlaşdırmanın
və emissiyaların azaldılmasının yollarını
axtarır. Sahələrdə
məşəlin müntəzəm
yanmasını aradan qaldırmaq istiqamətində
iş aparılır və emissiyaları 50 faiz azaltmaq üçün
obyektlərdə metan
detektorları quraşdırılır.
Xatırladaq ki, Xəzərin
Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarında yaxın
zamanda "Azəri Mərkəzi Şərqi
"(ACE) hasilat platforması
quraşdırılacaq. Bu yeni platformanın
məhz daha az karbonlu olması
nəzərdə tutulub.
ACE uzaq məsafədən
idarə ediləcək
və onun əksər sistemləri və prosesləri avtomatlaşdırılacaq. Bu isə platformaya daha az gediş-gəliş, daha az boşdayanma halları və buna görə
məşəlin az yanması və az emissiya atqısı deməkdir.
Eləcə də
"Şahdəniz" yatağında
"Şahdəniz Alfa" platformasından karbon tullantılarının azaldılması
üçün iş
aparılır. Həmçinin
obyektləri elektrikləşdirmək
və enerji üçün qazdan istifadəni dayandırmaq barədə düşünülür.
Səngəçal terminalının
elektrikləşdirilməsi bu baxımdan yaxşı başlanğıc
ola bilər. bp mütəxəssislərinin fikrincə,
Səngəçalda qaz
turbinləri yandırmaq
əvəzinə ölkənin
enerji şəbəkəsinə
qoşulmaqla həm emissiyaların azaldılmasına, həm də qənaət olunmuş qazın "Cənub qaz dəhlizi" ilə ixracına nail olmaq mümkündür.
Lakin Azərbaycanın yeni enerji
gələcəyinə keçidinə
bp-nin dəstəyi yalnız bunlardan ibarət deyil. Məlumdur ki, Azərbaycan
qabaqcıl enerji infrastrukturuna, güclü
tərəfdaşlıqlara, zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir və bunun sayəsində enerji keçidində də irəlidə gedə bilər. Bu səbəbdən də
bp ölkəmizin uzunmüddətli
və etibarlı tərəfdaşı kimi
bizə dəstək verməyə hazır olduğunu bildirir. Belə ki, keçən il şirkət
tərəfindən Energetika
Nazirliyinə 2050-ci ilədək
Azərbaycanın öz
zəngin enerji potensialından istifadə
etməklə iqtisadiyyatını
necə karbonsuzlaşdıra
biləcəyi ilə
bağlı bir sıra tövsiyələr
təqdim olunub. Müəyyən sahələrdə
artıq işə də başlanıb. Məsələn, işğaldan
azad edilmiş Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının inşasına
start vermək üçün
sahədəki tədqiqat
işləri
yekunlaşmaq üzrədir.
"Nazirliklə birlikdə biz
Azərbaycanda virtual elektrik
ötürülməsi modelinin
yaradılmasının əsasını
təşkil edən innovativ mexanizm müəyyən etmişik.
Biz həmçinin bərpaolunan
enerji sahəsində bu cür potensial
layihələrin araşdırılması
üçün SOCAR-la əməkdaşlıq
edirik. Paralel olaraq, gələcəkdə
enerji layihələrini
həyata keçirə
biləcək ixtisaslaşmış
yerli işçi qüvvəsinin hazırlanmasına
dəstək veririk. Ötən il Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində bərpaolunan
enerji mənbələri
üzrə yeni magistr
proqramının yaradılmasına
kömək etdik və artıq bu il proqram üzrə
ilk qrupun dərslərə
başlamasını gözləyirik.
Ümid edirik ki, bu proqram Azərbaycanın
bərpaolunan enerji mənbələri sahəsində
ixtisaslaşmış yerli
mütəxəssislərə artan tələbatını
qarşılamağa yardım
edəcək", - deyə
bp-nin regional prezidenti bildirmişdir.
Şirkətin mütəxəssisləri
həmçinin bu qənaətdədirlər ki, enerji
keçidini sürətləndirmək
lazımdır. Bir sözlə,
qarşıda çox
işlər dayanır
və bunların reallaşmasında, Azərbaycanın
yeni enerji gələcəyinin
qurulmasında bp bizimlə
birlikdə olmaq sözünə sadiqdir.
Flora SADIQLI,
Azərbaycan.-2023.- 6 iyul.-
S.15.