Xarici sərmayə ünvanını dəyişir

 

Bu gün Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən layihələr daha cəlbedicidir

 

Nəhəng qüdrətli  SSRİ-nin süqutundan sonra yeni dünya nizamı formalaşdı. Keçmiş müttəfiq respublikalar müstəqillik əldə etdilər, tədricən dünyanın siyasi iqtisadi arenasında yer tutdular. Zaman o zaman idi ki, həmin mühitə inteqrasiya etməyə başlayan  respublikaların siyasi  vəziyyəti qeyri-sabit idi. Ona görə iqtisadiyyatda görünməmiş eniş yarandı.

Bu baxımdan Azərbaycan da istisna deyil. 90-cı illərin başlanğıcı müasir Azərbaycan tarixinə hərc-mərclik, özbaşınalıq, səriştəsiz idarəetmə səhifələri kimi  düşdü. Amma çox keçmədi ki, Heydər Əliyevin təcrübəsi, qətiyyəti sayəsində bu qara səhifələri siyasi sabitlik iqtisadi inkişaf əvəz etdi. Ardınca Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmağa başladı.

Xarici sərmayədarların ölkəyə cəlb olunması üçün ilk  addım  neft sənayesində atıldı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" bağlandı. Bu hadisə təkcə yeni neft strategiyasının əsasının qoyulması deyil, həm iqtisadiyyatın mərhələli şəkildə dayanıqlı inkişafı üçün yaradılan şərait idi. Ən əsası isə gənc dövlətin dünya birliyində özünə layiqli yer tutmasının anonsu idi.

Bu gün Bakıda dünyanın aparıcı nəhəng şirkətlərinin ofislərinin olması, yaxud tanınmış ticarət hotel şəbəkələrinin Azərbaycanda təmsil edilməsi adi hal hesab olunur. Halbuki 90-cı illərdə bu, hadisə sayılırdı. Heydər Əliyevin bunun üçün gördüyü ağlagəlməz işlərdən sonra Prezident İlham Əliyevin həmin siyasəti mövcud çağırışlara uyğun davam etdirməsi ilə xarici sərmayədarların ölkəmizə axını başladı. Bu yerdə son illər xarici sərmayədarların ölkəmizdə ard-arda yaradılan sənaye parklarındakı fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, sənaye parklarının ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında, innovativ texnologiyalı iqtisadiyyatın formalaşması həmin texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının genişləndirilməsində, investisiya mühitinin cəlbediciliyinin artırılmasında, eləcə məşğulluq səviyyəsinin yüksəlməsində əvəzi yoxdur. Elə bu səbəblərdəndir ki, ölkədə fəaliyyət göstərən sənaye parkları məhəllələrinə, eləcə yaradılan Ələt Azad İqtisadi Zonasına xarici investorların marağı kifayət qədərdir.

Son statistikaya nəzər salaq: cari ilin birinci rübündə ölkəmizə birbaşa yatırılan xarici investisiyaların dəyəri 1 milyard 501 milyon 469 min dollar təşkil edib. Bu məbləğin 337,5 milyon dolları qeyri-neft-qaz sahələrinə yatırılıb. Dövlət Statistika Komitəsinin  bu ilin beş aylıq məlumatında isə bildirilir ki, xarici ölkələr beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəlmiş vəsaitin 1 milyard 479,1 milyon manatı (95,8 faizi) Birləşmiş Krallıq, Türkiyə, Kipr, Fransa, ABŞ, Yaponiya, İsveçrə, Rusiya Norveç sərmayədarlarına məxsusdur.

Azərbaycan bazarında xarici şirkətlərin iştirakı həm insan kapitalının təkmilləşməsinə səbəb olur. Çünki beynəlxalq şirkətlər ixtisasartırma kursları açaraq təlimlər keçirlər ki, bu da işə qəbul olunan mütəxəssisin peşəkarlığını artırmağa imkan yaradır. Bir müddət sonra xarici şirkətlərin mütəxəssisləri yerli şirkətlərə keçid edə bilirlər. Nəticədə yerli şirkət xarici həmkarları ilə  sağlam rəqabətə başlayır.

Xarici investorların  ən praktik faydası texnoloji inkişaf imkanı ilə bağlıdır. İnnovativ texnologiyaların tətbiqi bütün istiqamətlərdə aparılır ki, bu da  ardıcıl olaraq yerli şirkətlərin bazarda yayılmasına şərait yaradır. Xarici investisiyaların Azərbaycan üçün faydalarından biri odur ki, onlar ekoloji sosial şəraitin yaxşılaşmasına kömək edirlər. Bu, əsasən ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi hesabına mümkün olur, şirkətlərin sosial baxımdan daha məsuliyyətli siyasət yürütməsinə imkan verir.

İqtisadçı ekspertlər deyirlər ki, yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatına xarici kapital qoyuluşları artmaqda davam edəcək. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların nəticəsi olaraq xarici şirkətlərin müxtəlif  layihələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə görülən işlərdə iştirak imkanı qazanması, şübhəsiz, öz töhfəsini verəcək.

Prezident İlham Əliyev son çıxışlarının birində belə fikir söyləmişdir: "Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir əlbəttə ki, şanlı tarixi zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Qarabağdakı quruculuq işlərinə yerli xarici şirkətlərin, adamlarının maraq göstərməsi, cəlb olunması vacibdir. Bölgədə investisiya qoyuluşu üçün bütün kartlar hər kəsin üzünə açıqdır. Mən artıq xarici yerli investorları dəvət etmişəm".

Prezidentin dəvətindən sonra Azərbaycana gələn xarici sərmayədarlar Qarabağ Şərqi Zəngəzurun quruculuq-bərpa işlərində yaxından iştirak etməyə başladılar. Türkiyənin, Böyük Britaniyanın, İsrailin Azərbaycana yaxın olan digər ölkələrin şirkətləri artıq burada fəaliyyət göstərirlər. Onlar Ağdam "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında rezident kimi qeydiyyatdan keçiblər. İlk rezident Türkiyə Azərbaycan birgə müəssisəsi olan "SmartPoint" şirkətidir.

Xarici şirkətlərin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi  ən son  innovasiya texnologiyaların tətbiqi deməkdir.  Müasir texnoloji yeniliklər işlərin sürətli keyfiyyətli  aparılmasına birbaşa təsir edir, müsbət nəticəyə zəmanət verir. "Azərenerji" ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında Qarabağ bölgəsindəki dörd yarımstansiya üçün avadanlıq tədarükü  ilə bağlı təchizat müqaviləsi bağlanıb. Hər birinin gücü 110 kilovat olan yarımstansiyalar erməni işğalından azad edilmiş Ağdam, Füzuli, Qubadlı Kəlbəcər rayonlarında 2021-ci ildə istifadəyə verilib. Regionda fəaliyyət göstərtən Yaponiya, Slovakiya, Macarıstan şirkətlərinin gördüyü  işləri unutmaq olmaz.

Qarabağ Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər onu deməyə əsas verir ki, bu sahəyə cəlb olunan xarici investorlar öz işlərini yüksək səviyyədə görürlər. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin söylədiyinə görə, xarici investor tərəfindən Zəngilana 3500 cins heyvan gətirilib. Bu sayın 10 minə çatdırılması gözlənilir. Hazırda digər sahələrin inkişafı ilə bağlı da xarici investorlardan təkliflər gəlib. Bundan əlavə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB TİKA-nın birgə dəstəyi ilə suvenir istehsalı müəssisəsi istixana təsərrüfatı fəaliyyətə başlayıb.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 6 iyul.- S.15.